Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyada rejim dəyişkiliyi mütləq baş verəcək"
"Rusiyada rejim dəyişkiliyi mütləq baş verəcək"

Rusiya prezidenti Vladimir Putin sanksiyalardan narazı qaldıqları üçün həm hakimiyyət, həm də [lk' 'halisinin təzyiqi altında qalıb. Bu isə Ukraynaya qarşı müharibənin nəticələrindən narazılıqla yanaşı? rejim dəyişikliyi ilə də nəticələnə bilər.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə fikriləri ABŞ prezidentinin keçmiş xüsusi köməkçisi Ulm Kortni səsləndirib. Onun sözlərinə görə, Kreml sanki Rusiyanın iqtisadi reallığına göz yumur və çiyinlərini çəkir, Rusiya vətəndaşları isə bu reallığın acısını çəkir. Kortni bildirib ki, iqtisadi sanksiyaların tətbiq edilməsi fonunda Rusiya iqtisadiyyatına ağır zərbə dəyib. ""Rusiyada rejim dəyişkiliyi mütləq baş verəcək”,- deyə Kortni bildirib.

Qeyd edək ki, Rusiyanın iqtisadiyyatı çökdüyü üçün Kreml 1918-ci ildən bəri ilk dəfə xarici borcunu ödəyə bilməyib və defolt vəziyyətinə düşüb. Ümumilikdə, Rusiya iki istiqraz üzrə təxminən 100 milyon dollar faizi ödəməyib.

Xatırladaq ki, bir müddət əvvəl Almaniyada keçirilən G7 sammiti çərçivəsində yüksək səviyyəli administrasiya rəsmisi CNN-ə açıqlaamsında bildirmişdi ki, bu ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə reaksiyasının nə qədər güclü olduğunu və Rusiya iqtisadiyyatına təsirinin nə qədər dramatik olduğunu göstərir. Qeyd edək ki, Kortni hakimiyyət dəyişikliyinin nə zaman baş vercəyini və bunun nə ilə əlaqəli olacağını açıqlamayıb.

Xüsusi olaraq qeyd edək ki, bütün dünyada ekspertlər Rusiya iqtisadiyyatının daha güclü olduğunu və tətbiq edilən sanksiyaların gözlənilən nəticəni vermədiyini təkar edir. Reallıq isə tamamilə fərqlidir. Belə ki, Rusiya Federasiyası statistik məlumatların dərcini qadağan edir, real rəqəmləri gizlədir və məmurlara Rusiya iqtisadiyyatı ilə bağlı real nəticələri dilə gətirməyi qadağan edir.

Ölkə də bir çox istehsal sahələri dayanıb. Xüsusən də yüksək texnologiyaya əsaslanan detalların istifadə olunduğu sahələr sıradan çıxıb. Çünki o detalların Rusiyaya satışı qadağn edilib. Praktik olaraq dayanan sahələrdən biri də avtomobil istehsalıdır. Hətta Çelyabinsk traktor zavodu da işini davam etdirə bilmir. Bütün bunlar isə Rusiyada kütləvi işsizliyə səbəb olur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »