Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev Ukrayna ilə bağlı danışıqların perspektivini dəyərləndirib
Ağ Ev Ukrayna ilə bağlı danışıqların perspektivini dəyərləndirib

“Ukraynadakı münaqişənin nizamlanmasının vaxtı hələ çatmayıb”.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski qələbənin hansı şərtlərlə müəyyən olunacağına qərar verə bilər.

“Biz onun döyüş meydanında, danışıqlar masasında uğur qazanacağına əmin olmağa davam edəcəyik. Amma hətta prezident Zelenski də sizə deyəcək ki, indi bu müzakirələrin vaxtı deyil”.

Kirbi həmçinin bildirib ki, Rusiya danışıqlara maraq göstərmir.

Son xəbərlər
Bütün xəbərlər »