Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT baş katibi Liviyadakı bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb
BMT baş katibi Liviyadakı bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş Liviyanın bir sıra şəhərlərində keçirilən etirazlarla bağlı vəziyyətdən narahatdır.

“Report” xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib dinc şəkildə etiraz etmək hüququnu tanıyaraq, bütün tərəfləri zorakılıqdan çəkinməyə, təhlükəsizlik qüvvələrini isə təmkinli olmağa çağırıb. Həmçinin sabitliyə xələl gətirə biləcək hər hansı hərəkətdən çəkinməyə dəvət edir", - Düjarrikin bəyanatında deyilir.

Liviyada iyulun 1-də bütün dövlət orqanlarının buraxılması və seçkilərin keçirilməsi tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib. İkili hakimiyyətin qurulduğu ölkənin həm qərbində, həm də şərqində insanlar küçələrə axışıb. Tobrukda nümayişçilər Nümayəndələr Palatasının binasına basqın ediblər.

Son xəbərlər
Bütün xəbərlər »