Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin ulduz falı: 4-10 iyul, 2022 - Təkcə özünüzün deyil, başqalarının da maraqlarını nəzərə alın
Həftənin ulduz falı: 4-10 iyul, 2022 - Təkcə özünüzün deyil, başqalarının da maraqlarını nəzərə alın

Bizimyol.info 4-10 iyul, 2022 tarixləri üçün həftəlik ulduz falını təqdim edir:

Qoç - Çox şey etmək üçün vaxtınız olacaq, lakin sürətli nəticənin dalınca qaçmayın. Səbr və bir az səy lazımdır. Həm işdə, həm də şəxsi həyatınızda möhkəm münasibətlərin əsasını qoymaq üçün əlverişli zamandır. Özünüzü daha sonra mükafat qazandıra biləcək fəaliyyətlərə yönəltməyə çalışın.

Buğa - Siz öz hüquqlarınız uğrunda mübarizə aparmalı, itirdiyiniz illər üçün ağlayıb, gənc nəsil üçün sevinməli olacaqsınız. Ulduzlar məsləhət görür ki, həyatla bağlı kövrək fikirlərdən uzaqlaşın. Şeir oxuyun, şəhəri gəzin, kimisə ziyarət edin. Ola bilsin, “uşaqlığınızın küçəsində” köhnə dostunuzla qarşılaşacaqsınız, onunla yaxşı vaxt keçirəcəksiniz.

Əkizlər - Böyük bir layihəyə başlamaq üçün əla fürsət var: istedadınızı öz əlinizlə dəfn etməsəniz, uğur qazanacaqsınız. Qürur duyduğunuzu xatırlayın və keçmişin uğurlarını təkrarlayın. Sizin üçün bu, şöhrət, tanınma və qələbələr həftəsidir.

Xərçəng – Yeni hesabın açılması və ya bank əməliyyatlarının aparılması üçün əlverişli dövrdür. Ümumiyyətlə, maliyyə baxımından uğurlu həftə olacaq. Ancaq sağlamlığınıza diqqət yetirin: gələcək problemləri və xəstəlikləri müəyyən etmək və aradan qaldırmaq üçün müayinəyə getmək pis olmaz.

Şir - Ən vacib vəzifəniz gündəlik həyatda inqilab etmək, maddi vəziyyətinizi yaxşılığa doğru dəyişməkdir. Pulqabının itirilməsi, hətta yuxuda olsa belə, təsadüfi olmaya bilər - bu, taleyin göndərdiyi bir əlamətdir: daha çətin vaxtlar haqqında xəbərdarlıqdır. Bəlkə də sizə qarşı təhdid var. Qısası, maliyyə durumunuzu izləyin – bu həftə varlana biləcəyiniz kimi, müflis də ola bilərsiniz...

Qız - Həftə ilk baxışdan göründüyü qədər asan olmayacaq. Bu, hər şeyə keçmiş illərin prizmasından fəlsəfi baxmağın zamanıdır. Nə baş verdiyini başa düşməyin yeni səviyyəsinə keçməlisiniz. Mütləq ikinci əl kitab mağazasına gedin və bəyəndiyiniz kitabı alın – bu həftə oxuyacaqlarınız gələcəkdə sizə kömək edəcək.

Tərəzi - Gələcəkdə maliyyə vəziyyətinizə kəskin təsir edəcək qəfil işgüzar səfər baş tutacaq. Ümumiyyətlə, yaxşı psixoloji formadasınız: başınız mükəmməl işləyir, həyat standartınızı necə yaxşılaşdıra biləcəyiniz haqqında parlaq fikirlər yaranacaq. Tənbəllik etmsəniz, həftə ömür boyu yadınızda qalacaq.

Əqrəb - Siz böyük dəyişikliklərin mərkəzindəsiniz. Bununla belə, daha da irəli getməyin lazım olub-olmadığını düşünün. Əgər taleyin daha bir döngəsinə ehtiyacınız varsa, yolunuza davam etməkdən çəkinməyin. Səhvlərdən qaçmaq istəyirsinizsə, tələsik hərəkətlər etməməlisiniz.

Oxatan - Siz ideyalarınızı təbliğ edə, yaradıcı lider və ya qrup lideri ola biləcəksiniz. Yaxşı gəliriniz ola bilər, ancaq qazanc məsələsi başqaları ilə münaqişəyə səbəb ola bilər. Ona grə də hər addımda təkcə özünüzün deyil, başqalarının da maraqlarını nəzərə alın.

Oğlaq - Böyük maliyyə itkiləri mümkündür və bu, sizin günahınız üzündən baş verəcək. Bu, peşəsi maliyyə vəsaitləri ilə bağlı olan, xüsusən də valyuta mübadiləsi sahəsində işləyən insanlar üçün xüsusilə doğrudur. Başqalarının vəsaitləri ilə daha diqqətli olun.

Dolça – İşləməyə ara verin. Ancaq əmək əhval-ruhiyyəsi iş yerinizi tərk etməyə imkan vermirsə, o zaman işinizə yenilik gətirmək barədə gikirləşin. İşinizi daha effektli şəkildə qurun ki, axşama doğru istirahət etməyə də vaxtınız qalsın. Əks halda səhhətiniz peşmanlıq yaşada bilər.

Balıq - Bu, oxumaq və yaratmaq, hədiyyələr vermək və yaxşı əhval-ruhiyyə yaratmaq istədiyiniz çox aktiv, yaradıcı və pozitiv bir həftədir. Qəhrəmanlıq etməyə çalışmayın. Böyük hədəflərə də can atmayın: az daha yaxşıdır, həm də təhlükəsizdir. İntuisiyanız sayəsində əlavə gəlir mənbəyi tapacaqsınız.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »