Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobilinizə enli təkərlər taxmazdan əvvəl nələri bilməlisiniz?
Avtomobilinizə enli təkərlər taxmazdan əvvəl nələri bilməlisiniz?

Enli təkərləri olan avtomobillər daha cazibəli görünür. Amma avtomobilin xüsusiyyətlərindən asılı olaraq, istehsalçının göstərdiyi təkərlərdən başqa daha böyük və ya daha nazik təkərlərlə avtomobil sürmək sürücülərin həyatını təhlükə altına sala bilər.

Sürdüyünüz avtomobilin daha cazibəli görünməsi üçün bəzi dəyişikliklər edə bilərsiniz, lakin avtomobildə ediləcək hər dəyişiklik müəyyən qaydalar çərçivəsində olmalıdır. Enli təkərlər avtomobili daha cazibəli göstərsə də, mütəxəssislərin fikrincə, bu bir çox problemlərə, hətta ölümə səbəb ola bilər.

Avtomobilə enli, yoxsa nazik təkərlər qoymaq lazımdır?

Əslində bu, avtomobil sahiblərinin öz zövqlərinə görə təyin edə biləcəyi bir modifikasiya xüsusiyyəti deyil. Çünki istehsalçılar bazara çıxarılan hər bir avtomobil üçün hansı növ təkərdən istifadə edilməsi lazım olduğunu müəyyən edir və bu qaydadan kənara çıxmağı məsləhət görmürlər. Avtomobilinizə enli təkərlər quraşdırmadan əvvəl bu vəziyyətin zərər və faydalarını bilməlisiniz.

Avtomobilin təkər ölçüləri müəyyən edilərkən aşağıdakı şərtlər nəzərə alınır:

Avtomobilin yanacaq növü (dizel, benzin)

Mühərrikin həcmi

Mühərrikin gücü və fırlanma anı

Şassi - bədən quruluşu

Avtomobil sinfi (A, B, C, E kimi seqmentlər)

Avtomobil konsepsiyası

Avtomobildən istifadə məqsədi

Sürücünün avtomobildən gözləntiləri

Avtomobil istehsalçıları bu şərtləri nəzərə alaraq istehsal etdikləri hər bir avtomobil üçün standart təkər eni və təkər diskinin diametrini müəyyən edirlər. Müəyyən edilmiş ölçülər ən təhlükəsiz və ən rahat ölçülərdir. Daha dar və ya daha enli təkərlərdən istifadə avtomobilə çox vaxt mənfi təsir göstərir.

Mütəxəssislərin fikrincə, avtomobil təkərlərinin eni minimum 145 mm və maksimum 345 mm-dir. Təkərlərin hündürlüyü ən azı 30 mm və ən çoxu 85 mm olur. Halqanın diametri minimum 12 mm və maksimum 20 mm olaraq müəyyən edilir. Bu üç ölçünü hesablamaqla təkərin dəqiq ölçüsü əldə edilir. Ümumiyyətlə, ən nazik təkər ölçüsü 392 mm, ən enli təkər ölçüsü isə 1095 mm-dir.

Avtomobilə enli təkər taxmağın zərərləri:

- Enli təkərlərdən istifadə avtomobilin daha çox yanacaq sərf etməsinə səbəb olur.

- Daha çox mühərrik gücü tələbi yaradır.

- Yağışlı havalarda avtomobilin sürüşmə meylini artırır.

- Qarlı havalarda yerə daha az təzyiq tətbiq edildiyi üçün avtomobilin sürüşmə meyli artır.

- Sükanı idarə edərkən sürücülük hissini azaltdığı üçün avtomobilin sürüşdüyünü hiss edə bilmirsiniz.

- Təkərlərin qanadlara sürtülməsinə, narahatedici səslər çıxarmasına...

Avtomobilə enli təkərlərin quraşdırılmasının üstünlükləri:

- Təkərlərin geniş yan divarları döngələrdə daha yaxşı idarəetməni təmin edir.

- Yola daha az təzyiq etdikləri üçün gec köhnəlirlər.

- Sərt və sürətli döngələrdə avtomobil yerə yaxın olduğu üçün sürüşmə ehtimalı azalır.

- Quru asfalt yolda daha yaxşı idarəetməni təmin edir.

- Ağırlıq və ya manevr səbəbindən təkərin bükülməsi baş vermir.

Enli və nazik təkərlər arasında hansı fərqlər var?

Təkər dəyişikliyi avtomobilin xüsusiyyətlərinə görə dəyişsə də, enli təkər və nazik təkər arasındakı ən əsas performans fərqi yağışlı və qarlı havalarda özünü göstərir. İncə təkərlər qardan keçərək avtomobilin sürüşməsi riskini minimuma endirir. Quru havalarda isə, enli təkərlərin üstünlüyü çox olur. Avtomobil yola daha möhkəm yapışır və sürüşmə, yırğalanma kimi riskləri minimuma endirir.

Əslində istehsalçı tərəfindən uyğun hesab edilən təkər bir nömrəli prioritetiniz olmalıdır. Ancaq quru iqlimdə yaşayırsınızsa, qarın nə olduğunu bilmirsinizsə, enli təkərlərə, soyuq iqlimdə və tez-tez qar yağan yerdə yaşayırsınızsa, nazik təkərlərə üstünlük verə bilərsiniz.

Ancaq hər bir halda bu işi mütəxəssisinə etibar etməyiniz tövsiyə edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »