Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Robert De Niro Atatürk rolunu oynamaq istəyir
Robert De Niro Atatürk rolunu oynamaq istəyir

Kino tarixinin ən məşhur simalarından olan Robert De Niro tarixdə iz qoyan "hansı Türkün obrazını canlandırmaq istərdin?" sualını cavablandırıb. De Nironun açıqlaması heç də təəccüblü deyil.

“Xaç atası” serialındakı rolları ilə yanaşı, “Goodfellas”, “Bir dəfə Amerikada”, “Taxi Driver”, “Casino”, “Maral Ovçusu” kimi filmlərlə yadda qalan əfsanəvi aktyor Robert De Niro ortağı olduğu restoranlar şəbəkəsinin İstanbul filialının açılışı üçün Türkiyəyə gəlib. Jurnalist Olkan Özyurtla görüşən Robert De Niro maraqlı açıqlamalar verib.

Olkan Özyurtun Robert De Niroya verdiyi suallardan biri də “Türk dünyasından bir tarixi şəxsiyyəti oynamaq istəsəydin, kim olardı?” sualı olub. Bu zaman aktyor əslində birdən çox tarixi şəxsiyyəti oynamaqdan zövq alacağını bildirib.  De Niro ilk olaraq bu tarixi şəxsiyyətlərdən biri Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Marşal Başkomandan Mustafa Kamal Atatürk obrazını yaratmağı çox arzuladığını qeyd edib.

"Tarixinizdə əminəm ki, təsvir etməkdən çox zövq alacağım çoxlu tarixi şəxsiyyətlər var. Amma təbii ki, ağlıma ilk olaraq Atatürk gəlir. Hazırda bu mövzu ilə bağlı bir təklif yoxdur",- deyə aktyor vurğulayıb.

De Niro, İstanbul şəhərinə olan marağını da gizlətməyib.

Robert De Niro Robert De Niro

"İstanbul  çox böyük və gözəl şəhərdir. Gördüyüm qədəri ilə böyüməyə də davam edir. Kəşf etməyə açıq bir şəhərdir. Bu da məni çox həyəcanlandırır",- deyə aktyor qeyd edib.

Eyni zamanda De Niro bildirib ki, yaxşı ssenari olarsa, İstanbulda film də çəkə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »