Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qan qrupunuz həyatınıza və sağlamlığınıza necə təsir edir?
Qan qrupunuz həyatınıza və sağlamlığınıza necə təsir edir?

Qan qrupunuzu bilirsinizmi? Bilməyiniz vacibdir. Qan qrupunuzun bütün həyatınıza və sağlamlığınıza təsir edəcək xüsusiyyətlərə malik olduğunu bilirdinizmi?

Öncə qeyd edək ki, qan vermək həm öz sağlamlığınız, həm də başqalarının həyatını xilas etmək üçün çox əhəmiyyətlidir. Dörd əsas qan qrupu var. Bu qruplar müsbət və mənfi olanlara bölünür. Qan qrupunu bilmənin yalnız qan almaq və ya vermək üçün vacib olduğunu düşünürsünüzsə, yanılırsınız, çünki qan qrupunuzun hansı xəstəliyə qarşı həssas olduğunuz kimi mühüm xüsusiyyətləri var.

Tibb sahəsində ixtisaslaşmış alimlər uzun illər qan qrupları, onların xüsusiyyətləri və xəstəliklərə təsiri ilə bağlı çoxsaylı tədqiqatlar aparıb və aparmaqda davam edirlər.

Qan qrupları haqqında maraqlı məlumatlar:

Yay aylarının bəlası olan ağcaqanadlar dördüncü qan qrupu olan insanları daha çox dişləyir.

Qan qrupu 4 cü qrup olan insanlar çox dişlənsələr belə malyariyaya yoluxmurlar. Çünki malyariyaya səbəb olan RIFIN zülalı 4 cü qan qan qrupu hüceyrələrinə asanlıqla bağlana bilmir. Malyariyadan ölən insnalar arasında 4 cü qrup qanı olan insanlar demək olar ki, yoxdur.

Birinci qrup qanı olan insanlar mədə xərçənginə meyllidirlər.

2015-ci ildə Xərçəng Epidemiologiyası jurnalında dərc edilən məqaləyə görə, I qan qrupu ilə mədə xərçəngi arasında birbaşa əlaqə olmasa da, bu insanlarda mədə xərçənginə tutulma halları kifayət qədər yüksəkdir. Məqalədə deyilir ki, I qan qrupu olan insanların mədə xərçənginə tutulma ehtimalı, IV qan qrupu olanlara nisbətən 38 faiz çoxdur. I qrup qanınız varsa, mədənizin qayğısına qalın.

II qrup qanı olan insanlar mədəaltı vəzi xərçənginə meyllidirlər.

2015-ci ildə dərc edilən məqaləyə görə, IV qan qrupu olan insanlardan başqa bütün qan qrupları mədəaltı vəzi xərçənginə daha çox meyllidir. II qan qrupu olan insanların vəziyyəti bir az daha risklidir. Məqalədə deyilir ki, II qan qrupu olan insanlarda mədəaltı vəzi xərçənginə tutulma ehtimalı 59 faiz çoxdur. II qrup qanınız varsa, mədəaltı vəzinizə yaxşı qulluq edin.

III qan qrupu olan insanlar koqnitiv problemlərə meyllidirlər.

2014-cü ildə “Neurology” jurnalında dərc olunan məqalədə qan qrupları ilə koqnitiv problemlər arasındakı əlaqə araşdırılıb. Məlum olub ki, III qan qrupu olan insanlar, digər qan qrupu olan insanlardan 84 faiz daha çox koqnitiv problemlərə meyllidirlər. Odur ki, III qan qrupuna sahibsinizsə, stressdən uzaq durmağa və beyninizə diqqət yetirməyə çalışın.

Mənfi qan qrupu olan insanlarda daha çox psixi sağlamlıq problemləri inkişaf edir.

“Plus One” jurnalında dərc olunan məqalədə 2015-ci ildə 3000-dən çox mövzuda aparılan araşdırmanın nəticələri paylaşılıb.

Məlum olub ki, sayları az olsa da, mənfi qan qrupu olan insanlar, xüsusən də kişilər panik-atak pozğunluğu, antisosyal şəxsiyyət pozğunluğu və diqqət əskikliyi kimi psixi sağlamlıq problemlərinə daha çox meyllidirlər. Üstəlik, mənfi qan qrupu olan insanlar dəri allergiyasına daha çox meylli olur.

Dördüncü qan qrupu olan qadınlar dünyaya uşaq gətirmə problemlərinə daha çox meyilli olurlar.

Yale Universiteti Fertility Center tədqiqatçıları 2011-ci ildə aparılmış araşdırmaya görə, IV qan qrupu qadınlar yaşlandıqca hamilə qalma ehtimalı daha çox azalır.

Mənfi və müsbət qan qrupu hamiləlikdə təsirlidir.

Amerika Mamalıq və Ginekoloqlar Kollecinə görə, ananın mənfi qan qrupuna malik olması və dölün müsbət qan qrupuna malik olması kimi vəziyyət qan qrupu uyğunsuzluğu yaradır.

Bu, ciddi sağlamlıq problemlərinə, həmçinin dölün və ya yeni doğulmuş uşağın ölümünə səbəb ola bilər.

IV qan qrupu olan insanlarda ürək xəstəliyi riski daha azdır.

2017-ci ildə keçirilən Ümumdünya Kəskin Ürək Çatışmazlığı Konqresində təqdim edilən araşdırmaya görə, IV qan qrupu olan insanların infarkt və ya insult keçirmə riski xeyli aşağıdır. Əhalinin 63 faizini təşkil edən I,II,III və IV qan qruplarına malik insanlarda koronar və ürək-damar problemlərinə 9fazi daha çox meyl var.

IV qrupdan başqa digər qan qrupu olan insanların II tip diabet riski yüksəkdir.

Bir qrup fransız tədqiqatçı 2015-ci ildə 82.000 qadın üzərində araşdırma aparıb. Bu araşdırmada qan qrupu ilə 2-ci tip diabet arasındakı əlaqə araşdırılıb. Bu müayinənin nəticələrinə görə, I qan qrupunda tip 2 diabet inkişaf riski 10 fazi, II qan qrupunda isə 21 faiz daha yüksəkdir. IV qan qrupu belə yüksək risk meyli göstərmədi.

Universal donor və universal alıcı qan qrupları haqqında məlumat əldə etdiyinizə əmin olun: Bədəninizə yad bir qan qrupu daxil olduqda, antigenlər arasında müharibə başlayır.

Ancaq IV mənfi qan qrupu heç bir antigen daşımadığı üçün belə bir savaşa səbəb olmur və buna görə də universal donor kimi qəbul edilir.

III ci qrup bütün qan qruplarından qan qəbul edə bilər, çünki o, həm I həm də II antigenlərini daşıyır və buna görə də universal resipiyent sayılır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »