Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bunu qazanmaq hər bir dövlət orqanına müəssər olmur"
"Bunu qazanmaq hər bir dövlət orqanına müəssər olmur"

Bir neçə gün öncə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa ili” layihəsi çərçivəsində həyata keçirilən qrant müsabiqəsinin nəticələrini elan etdi. Müsabiqəyə təqdim edilən 227 layihədən 22-si müsabiqənin qalibi olub. Müsabiqənin nəticələri açıqlandıqdan sonra, bu sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Tənqidlər, təhqirlər səsləndirildi.

Müsabiqə qaliblərindən olan “Azərbaycan Milli Kulinariya Assosiyasiyası”nın rəhbəri Tahir Əmiraslanov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, o qrant müsabiqəsinə “Qarabağ mətbəxinin inciləri” kitab layihəsini təqdim edib. Kitabın ərsəyə gəlməsi 200 min manata başa gəlir.

Tahir Əmiraslanov Tahir Əmiraslanov

“Kitabda fotoların çəkilməsi, bəzi şəkillər, orada QR kod ilə film çıxır. Layihədə 11 rayona xas olan seçilmiş xörəklərinin reseptləri, şəkilləri, bəzilərində filmlər yer alıb. Kitabın əvvəlində isə, Qarabağ mətbəxinin etno tarixi haqqında məlumat verilir. Kitab üzərində iş gedirdi və yenə davam edir. Kitaba çox böyük maliyyə lazım olduğu üçün mən müraciət edərək, 50 min manat istədim. Bilirsiniz ki, 50 min manatdan çox istəmək olmur. Bu il kitab çıxsın və yəqin ki, gələn il həmin kitab dünyanın ən yaxşı kulinariya kitabı olacaq.

Bundan qabaq bizim artıq təcrübəmiz var. Bizim ingilis dilində bir “Azərbaycan mətbəxi” kitabımız, “Azərbaycan mətbəxində dolmalar 381 dolma resepti” və “İrəvan xanlığı mətbəxi” kitabı, dünyanın birinci ən yaxşı kulinariya kitabları olub, birinci yeri tutdular. Nobel mükafatı evində bizim 4 kitabımız var. Agentlik o qədər diqqətlə baxır hər şeyə, bizə qulaq asdılar vaxt sərf elədilər, enerji sərf elədilər,mən izah etdikcə, kömək etdilər sonra bu proyektin hazırlanmağında yol göstərdilər. Portaldan keçmək lazım idi, ora xahiş göndərmək lazım idi. Nə sual verdimsə bir dəfə demədilər ki, get özün elə, nə soruşdumsa əməkdaşlar, işçilər hər biri adama çox böyük kömək edir, elə bil ki öz evimizin adamıdırlar. Mən onlarla işləyəndən sonra, ora agentlik yox, agentliyimiz oldu. Bunu qazanmaq hər bir dövlət orqanına müəssər olmur” - deyə T.Əmiraslanov bildirib. Onun sözlərinə görə, müsabiqədə qalib olacağını düşünmürmüş. Ölkədə 4000 dən çox QHT-nin olduğunu qeyd dən T. Əmiraslanov bildirir ki, müsabiqədə 200-dən çox QHT iştirak edib.

“Mənim də o qədər təcrübələrim yox idi, layihələr təqdim etməmişəm. Layihəyə, mənə pul da ayırmasalar, amma o tanışlıqlar o dostluqlar bir doğmalıq yaratdı. QHT-lərin hamısına çox böyük bir diqqət var idi. Mən onların başqa iclaslarında oldum Aygün xanım çox diqqətlidir. Hətta biz Şuşada da olanda, hamı ilə o qədər mehriban davrandı ki. O qədər sadə insandır Aygün Əliyeva, heç deməzsən ki, bu hansısa böyük təşkilatın rəhbəridir. Eyni sözləri də Vüsal müəllimin haqqında deyə bilərəm. Elə bil ki, ən yaxşı və mədəni insanları seçib ora qoyublar. Mən gördüm ki çox ədalətli çox şəffaf çox düzgün seçim edildi” - deyə o bildirib.

Əmiraslanov bildirir ki, müsabiqənin nəticələri açıqlandıqdan sonra cəmiyyətdə də, “facebookda” da tənqidlər başlanıb.

“Tənqid necə olar, bilirsinizmi ? Məsələn mənim proyektimdə əminəm ki, səhvlər var idi. Çünki səhvlər olmasa mən 50 min manatı alardım, onun yarısını verdilər. Səhvlərdən bir- ikisini mən təxmin elədim, kitab hazırlananda düzəldəcəyəm. Amma konstruktiv tənqid olsa, məni istəyən dostlar olsa desə ki, “bu kitab Azərbaycan üçün önəmlidir” və səhvlərimi görüb, “facebook” da hamıya yox mənə yazsa bu qəbul ediləndir.

Tənqid belə olardı ki, "Tahir müəllim orada siz ayrı-ayrı bölgələr eləmisiniz. Ağdamı ayrı, Şuşanı ayrı. Bəlkə bunları belə etməyəsiniz. Şorbaları ayrı, ana yeməkləri ayrı, mötərizədə də rayonun adını yazasız”… Yəni bir fikir bildirərdilər ki, Tahir müəllim belə etsəniz daha yaxşı olar. Biri deyərdi ki, Tahir müəllim məndə kitaba uyğun rəsmlər və ya filmlər var, QR kod edək verim sizə qoyun oraya və s. Bu olardı konstruktiv tənqid. Qeybət səviyyəsində, tənqid obyektini göstərmədən nəsə söyləmək yaxşı hal deyil”.

Mütəxəssis bildirir ki, qrant müsabiqəsindən sonrakı tənqidlər konstruktiv olmayıb.

“Bizə erməni lazım deyil ki, ağız büzmək, yaxşı işi pisləmək adət halına düşüb. Çingiz Abdullayevi linç edirlər. Çingiz Abdullayev Azərbaycanı dünyada tanıdıb, onun gördüyü işləri kimsə görə bilməz. Sonra kompüter texnologiyaları üzrə elmlər doktoru, böyük alim, dünyanın istədiyi İqbal Babayev haqqında ağızlarına gələni yazırlar. Belə şeylər etmək olmaz. Tənqid etmək lazımdır”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »