Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın Türkiyəyə ağıl verməsinə ehtiyac yoxdur"
"Rusiyanın Türkiyəyə ağıl verməsinə ehtiyac yoxdur"

“Rusiyanın Türkiyəyə ağıl verməyə haqqı yoxdur. Moskva ilə Dəməşqin neçə kilometr olduğundan xəbərləri varmı? Tehran ilə Dəməşqin neçə kilometr olduğunundan xəbərləri varmı? ABŞ ilə Dəməşqin, Suriyanın neçə kilometr olduğundan xəbəri varmı? Türkiyə ilə qonşu olan, Türkiyədə tez-tez teror həyata keçirən terror ünsürlərinin yox edilməsi beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının hüququ çərçivəsində Türkiyənin qanuni haqqıdır. Çünki,oradan gələn terror ünsürləri təkcə Türkiyəyə deyil, bütün bölgəyə zərər verir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Rusiyanın Türkiyəni Suriyada hərbi əməliyyat aparmaqdan çəkinməyə çağırmasına münasibət bildirərkən deyib. O, bildirib ki, bu gün Türkiyədə təxminən 5 milyondan çox, qeyri-rəsmi rəqəmlərə görə 7 milyon, rəsmi rəqəmlərə görə 5 milyon yarım suriyalı yaşayır.

Yücel Karauz Yücel Karauz

“Bu suriyalılar keyfindənmi gəlib? Kimdən qaçıblar? Terrordan qaçıblar. Dövlət terrorundan qaçıblar. Rusiya Suriyada nə iş görür? Rusiyanın Suriya ilə sərhədi varmı? İran Suriyada nə edir? İran ilə Suriyanın sərhədi var? ABŞ ilə Suriyanın sərhədi varmı? Bəs, bu muzdlu terror qruplarını kim yaradıb? Böyük, imperialist dövlətlər yaradıb.

Və bunlar təxminən 1986 -cı ildən bəri həm Suriyadan, həm də İraqdan Türkiyəyə qarşı terorçuluq edir. Buna görə də Türkiyənin həyata keçirdiyi hərbi əməliyyat, həyata keçircəyi əməliyyat BMT hüququna uyğundur”,- deyən ekspert bildirib ki, Suriya ilə bağlı Rusiyanın Türkiyəyə ağıl verməsinə ehtiyac yoxdur.

Onun fikrincə, Rusiya ağıl vermək istəyirsə, birinci öz əsgərlərini, öz vəziyyətini qiymətləndirməlidir. İrana, ABŞ-a söz deməlidir. General əlavə edib ki, irad bildiriləcək ən son ölkə və bu işdən ən böyük zərəri görən ölkə Türkiyədir: "Kimsənin Türkiyəyə tövsiyə verməsinə ehtiyac yoxdur. Öz-özlərinə tövsiyə versinlər. Və buradakı terrorçulara da verdikləri dəstəyi kəssinlər. ABŞ başda olmaqla, Rusiya dolayı yol ilə dəstək verir. İran bu teroristlərə dəstək verir. Və burada özlərinə uyğun bir yer yaratmağa çalışırlar. Rusiya Suriya hakimiyyətinə deməlidir ki, bu teror amillərini yox et. 5.5-7 milyon suriyalını da ölkənə dəvət et. Rusiyanın bizə ağıl verməsinə, yol göstərməsinə ehtiyacımız yoxdur”,- deyə general qeyd edib.

Onun sözlərinə görə, Rusiya “Ukraynada terrorçu qruplar var, neo-faşistlər var, mənə, ölkə, dövlətimə zərər verir” deyə aylardır ki, Ukraynada hərəkət icra edir. O zaman, Rusiya Ukraynadan çıxsın. Krımdan çıxsın. Donbassdan, Donestskdən çıxsın. Ondan sonra da Türkiyəyə desin ki, “mən buralardan çıxdım. Sən də Suriyadan çıx”. İnsan bir söz deyərkən, diplomatik olaraq, qanuni olaraq, etik olaraq düz danışmalıdır. İkili standartda danışdığın zaman adamdan soruşarlar ki, “sənin 2014-dən bəri Krımda nə işin var? Sənin Donbassda, Donestsdə, Luqanskda nə işin var?”",- deyə o fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »