Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Krıma nə zaman zərbə endirəcək...
Ukrayna Krıma nə zaman zərbə endirəcək...

Əgər tələb yaranarsa, Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyanın mövqelərinə zərbələr endirməyə hazırdır. Amma bunun üçün obyektin məhv edilməsinin Rusiyaya maksimum ziyan vuracağı anı seçmək lazımdır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç “Feygin Live”-a müsahibəsi zamanı danışıb.

Aleksey Arestoviç Aleksey Arestoviç

O qeyd edib ki, Krım körpüsünə hücum mümkündür. Amma hələlik Ukrayna komandanlığının hər hansı konkret planlarından danışmaq çətindir. "Heç kim bu mözvuda ehtiyatlılıq nümayiş etdirmir. Lazım gəlsə, biz istənilən an Krım körpüsünü vuracağıq. Bu, problem deyil”,- deyə Aretoviç bildirib.

O əlavə edib ki, guya hazırda Ukrayna Silahlı Qüvvələrinin ilhaq edilmiş Krıma texniki zərbə vura biləcək silahları yoxdur. "Ancaq an gələcək və baxacağıq. Bu müharibədə heç bir məhdudiyyət olmayıb",- deyə Aretoviç vurğulayıb.

Xatrıladaq ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko bildirib ki, Ukrayna bütün körpünü dağıtmaya bilər, amma üzərində Rusiya qoşunları hərəkət etdiyi zaman lazımi zərbələr endirilə bilər.

Daha əvvəl isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov Ukraynanın Krım körpüsünə hücum ehtimalını şərh edib. Kreml onun açıqlaması “terror aktının elan edilməsi” kimi şərh etmişdi. Putinin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Ukrayna tərəfinin bəyanatında hüquqi yoxlamalara və əlavə cəzaların tətbiq edilməsinə ehtiyac olan hərəkətlərin əlaməti var. Xüsusi olaraq qeyd edək ki, bir müddət əvvəl Ukrayna kəşfiyyatı Krım körpüsünün texniki sənədlərini əldə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »