Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: "NATO “Soyuq müharibə”nin sxemlərinə qayıtdı"
Rusiya XİN: "NATO “Soyuq müharibə”nin sxemlərinə qayıtdı"

Madriddə keçirilən NATO sammitinin nəticələri göstərdi ki, alyans “Soyuq müharibə” dövrünün hərbi təhlükəsizlik sxemlərinə qayıdıb.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Valday” Beynəlxalq Klubunda keçirilən müzakirədə deyib.

“Mənə elə gəlir ki, bizim çıxara biləcəyimiz əsas nəticə ondan ibarətdir ki, NATO 1949-cu ildə yarandıqdan sonra Madriddə təkamül yolu ilə inkişafını başa vurdu və öz köklərinə, yəni “Soyuq müharibə”nin hərbi təhlükəsizlik sxemlərinə qayıtdı.

Əlbəttə, demək istəyirəm ki, sammitin nəticələri həm siyasi, həm də hərbi baxımdan, o cümlədən Rusiya Federasiyasının təhlükəsizliyinin və müdafiəsinin qanuni maraqlarının 100% təmin etmək kimi lazımi tədbirlərin görülməsi baxımından çox hərtərəfli təhlilə məruz qalacaq”, - Qruşko bildirib.

Onun sözlərinə görə, Rusiyanın NATO üçün təhlükə kimi tanınması alyansın bütün cəbhələrdə qarşıdurma üçün müraciətidir: “Rusiyanın özü alyans üçün təhlükə kimi tanınır, yəni Rusiya kimi dövlətin mövcudluğu alyans üçün ciddi təhlükə kimi tanınır. Bu, ciddi dönüşdür. Bu, bizimlə qarşı-qarşıya durmaq, Rusiyanı bütün cəbhələrdə, bütün sahələrdə cilovlamaq üçün real müraciətdir”.

Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, Madrid sammitində NATO Çini öz maraqlarına təhlükə kimi tanıyaraq, bu ölkənin çoxqütblü dünyanın qütblərindən biri kimi inkişaf etmək hüququnu şübhə altına alıb: “Başqa bir məqamı vurğulamaq lazımdır ki, bu da, Çinin NATO-nun dəyərlərinə və maraqlarına təhdid kimi qiymətləndirilməsidir. Bu, çox mühüm dönüşdür”.

Qruşko hesab edir ki, Finlandiya və İsveçin NATO-ya üzv olmaq perspektivləri Avropa təhlükəsizliyində ən kədərli epizoddur.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »