Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı hərbçi: “Çox qorxuruq, fasiləsiz içirik”
Rusiyalı hərbçi: “Çox qorxuruq, fasiləsiz içirik”

Ukrayna xüsusi xidmət orqanlarının ortaya çıxardığı səsyazıları Rusiya ordusunda özbaşınalıqdan xəbər verir. Rusiyalı hərbçilər qarşısına çıxan hər obyekti, yaşayış məntəqəsini soyur. Onlar hərbi prinsipləri gözləmir, kor-koranə davranırlar. Ukrayna xüsusi xidmət orqanlarının ictimailəşdirdiyi növbəti səsyazısında Kreml qoşunlarında böyük qorxu hökm sürdüyü üzə çıxır.

Bizimyol.info xəbər verir ki, rusiyalı hərbçilərdən biri həyat yoldaşına çox qorxduqlarını etiraf edib. Onun sözlərinə görə, qorxunun öhdəsindən gəlmək üçün fasiləsiz içirlər. Həyat yoldaşı söhbətin əvvəlində hərbçinin səsinin qəribə təsir bağışlanmasından narahatlıq ifadə edir.

“Naharda içmişik, ona görədir. Ümumiyyətlə, həmişə içirik. Çünki bizə “hədiyyə” göndərirlər... Yulya, başıma mərmilər yağanda mən nə edə bilərəm, lənətə gəlsin. Bizim mövqeləri hər imkandaca vururlar. Ya səhər, ya da bir yerə yığışanda. İndi məktəbdə yatıb-durmağa məcburuq”.

Rusiyalı hərbçinin dediyinə görə, Ukrayna silahlı qüvvələrinin zərbələrinin qarşısını almaq mümkün deyil. Hər an dəqiq həmlə endirilə bilər.

“Qarşısını almağa imkan da tapmırıq. Təsəvvür et, qonşu kənddəki alayın komandiri təbii ehtiyaclarını paketə ödəyir. Çölə çıxmaq mümkün deyil. Həmişə atırlar”.

Rusiyalı hərbçi deyir ki, ordudan getməyin zamanı çatıb. Çünki bu şərtlər altında döyüşmək olmur. Ukraynada vuruşmaq ölümə könüllü getmək deməkdir.

“Ayın 25-i əvəzedicilər gələcək. Məni əvəz edən olsa, qayıdacağam. Urus-Martandan (Çeçenistan) 180 nəfər göndəriblər. Bura 60-ı gəlib çıxıb. Qalanları döyüşməkdən imtina edib”.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, indiyə qədər döyüşlərdə 35600 rusiyalı hərbçi öldürülüb. 1573 tank, 790 artilleriya sistemi sıradan çıxarılıb. 217 təyyarə, 185 vertolyot məhv edilib. Rusiya tərəfi şəffaflığı qorumur. Həyatını itirənlərlə bağlı dəqiq məlumat verilmir. Daha çox müstəqil təşkilatların statistikasına söykənmək olur. Həmin qurumlar Ukrayna Müdafiə Nazirliyinin az-çox reallığa yaxın rəqəmlər açıqladığını bildirir. Bəzi mənbələr Rusiya ordusunda ölənlərin sayının daha çox olduğunu iddia edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »