Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyul ayı üçün ulduz falı: Parlaq və yaddaqalan hadisələr bol olacaq
İyul ayı üçün ulduz falı: Parlaq və yaddaqalan hadisələr bol olacaq

Bizimyol.info iyul ayı üçün ümumi ulduz falını təqdim edir:

İyulun 1-də Ay Şir bürcünə keçdiyinə görə çoxları mühüm işlərə və ciddi qərarlara hazır olduqlarını hiss edəcəklər. Ertəsi gün Merkuri Saturnla triqon, sonra isə Marsla sekstil təşkil edir. Bütün bunlar çoxlu sayda gözlənilməz təkliflərdən, yeni biznes ideyalarından xəbər verir. Təlaşa yol verməyin, yaxın gələcəkdə nəyə diqqət edəcəyinizə sakit şəkildə qərar vermək vacibdir.

İyulun 12-dən 14-dək olan dövrdə Venera-Saturn birliyi şəxsi münasibətlərdə yeni imkanlar açacaq. Bu, münaqişələrin və mübahisələrin qarşılıqlı anlaşma ilə əvəz oluna biləcəyi dövrdür. Sizin üçün əziz olan insanlara daha çox diqqət yetirməyə çalışın və təşəbbüs göstərməyə can atın, onda yaxşılığa doğru dəyişikliklər çox gecikməyəcək.

13 iyul yay dolu Ay günüdür. Dolu ay bəzi kiçik, lakin vacib işlər üçün əlverişli gün hesab olunur. Məhz həmin işlərə köklənmək lazım gələcək.

İyulun 16-da Merkuri Günəşlə birləşəcək. Çox güman ki, bu zaman bəzi çətin məsələlər öz həllini tapacaq, uzun müddətdir “sürünən” işlər yekunlaşacaq. Bu zaman ortaya çıxacaq hər hansı fikirlərə diqqət yetirməyə dəyər. Əvvəlcə onlar fantastik, reallıqdan uzaq görünə bilər, lakin sonradan mütləq reallaşacaqlar.

İyulun 18-də Venera Xərçəng bürcünə keçəcək, çoxları üçün güclü hisslər, canlı və ruhlandırıcı təcrübələr dövrü olacaq. Yaradıcılığa meylli olanlar, şübhəsiz ki, ilham alacaqlar. Sənətdən uzaq insanlar belə gözəlliklərə maraq göstərəcəklər.

İyulun 19-da Merkuri Şir bürcünə daxil olacaq və iyulun 23- də Günəş də eyni bürcdə hərəkət edəcək. Bütün maraqlı işlər buradan başlayır. Birincisi, işgüzar fəallıq nəzərəçarpacaq dərəcədə artacaq, ikincisi, qeyri-adi, görkəmli insanlar hər kəsin diqqət mərkəzində olacaq. Birləşə bilsələr, qeyri-mümkün hədəflər mümkün olacaq.

İyulun 28-dən iyulun 30-dək olan günlər maraqlı olacaq , Ay Merkuri və Günəşlə Şir bürcündə birləşəcək. Parlaq və yaddaqalan hadisələrin vaxtı gələcək. İncəsənət və mədəniyyət, idman və əyləncə kimi sahələrə diqqət yetirməyə dəyər. Ən maraqlı işlər burada baş verəcək.

Son xəbərlər
Bütün xəbərlər »