Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Yunanıstan arasında yeni böhran: "Biz o qapını bağladıq" - Video
Türkiyə və Yunanıstan arasında yeni böhran: "Biz o qapını bağladıq" - Video

Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi (EUIPO) Türkiyənin “Turkaegean” brendindən xaricdə turizm tanıtımlarında istifadə etməsinə yaşıl işıq yandırması Yunanıstanda böyük reaksiyaya səbəb olub.

Bizimyol.info xəbər verir ki, Türkiyənin “Turkaegean” ticarət nişanından istifadə etmək üçün EUIPA-ya ötən ilin iyulunda etdiyi müraciət dekabr ayında Aİ ofisi tərəfindən təsdiqlənib. Qərar son vaxtlar Yunanıstan mətbuatında gündəm olmaqla yanaşı, ölkədə sərt açıqlamalara da yol açıb.

Dünən Madriddə keçirilən NATO Sammitində mövzu ilə bağlı açıqlama verən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, “ölkəmizin turizm sahəsindəki imici və istehsalı ilə bağlı bu problemi düzəltmək üçün qanuni addım atmaq seçimimiz var”,- deyə bildirib.

İnkişaf və investisiyalar naziri Adonis Georgiadis Türkiyənin bu addımından gec xəbərdar olduqlarını və cavab verməkdə gecikdiklərini söyləyərək üzr istəyib. ERT dövlət televiziyasına danışan Georgiadis "bunun qarşısını almaq üçün əlimdən gələni edəcəyəm",- deyərək araşdırma əmri verib.

Yunanıstanın turizm naziri Vassilis Kikilias, sözügedən qərara qarşı hüquqi əməliyyat başladacaqlarını açıqlayıb. Yunanıstan mətbuatının yazdığına görə, Türkiyə eyni müraciəti “Türkiyə: Xoşbəxtlik Sahili” kampaniyası üçün ABŞ Ticarət Nişanı Ofisinə müraciət etmiş, lakin oradan imtina cavabı almışdı.

Xüsusilə yay aylarında turizm gəlirlərinə yüksək önəm verən Yunanıstanda son zamanlar Egey adaları ilə bağlı Türkiyə ilə gərginlik yaşanır. Artan gərginlik prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstan baş naziri Miçotakisin qatıldığı Madriddə keçirilən NATO Zirvə toplantısında da özünü göstərib və iki şəxs bir araya gəlməib.

Ərdoğan sammitdən əvvəl "Miçotakislə görüşəcəksinizmi?"sualına “Biz o qapını bağladıq. Bitdi”,- deyə cavab verib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »