Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiyadan PKK açıqlaması: "Türkiyənin tələblərinə əməl edəcəyik"
Finlandiyadan PKK açıqlaması: "Türkiyənin tələblərinə əməl edəcəyik"

Finlandiyadan verilən açıqlamada terror təşkilatı PKK-ya qarşı əlavə sanksiyalara hazır olduqları bildirilib. Eyni zamanda, terrorda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığa xüsusi diqqət yetirilib.

Bizimyol.info xəbər verir ki, Türkiyənin İsveç və Finlandiya ilə imzaladığı razılaşmanın ardından Helsinki hökumətindən əhəmiyyətli bir açıqlama gəlib və Türkiyənin tələblərinə əməl edəcəkləri bildirilib. Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto məlumat verib. Haavisto "PKK-ya qarşı əlavə addımlar atmağa və bu mövzuda Türkiyədən məlumat almağa hazırıq",- deyib.

Xarici işlər naziri terrorçuların Türkiyəyə ekstradisiyası ilə bağlı öz qanunlarına əməl etdiklərini bildirib.

“PYD/YPG və FETÖ-nü terror təşkilatı kimi tanıyacaqlarmı” sualına Haavisto üçlü memorandumun 4-cü maddəsinə işarə edib. Finlandiya xarici işlər naziri PYD/YPG və FETÖ-yə dəstək vermədiklərini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »