Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və Suriya arasında qalmaqal böyüyür
Ukrayna və Suriya arasında qalmaqal böyüyür

Suriya Ukraynanın şərqində rusiyapərəst separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanıyan ilk ölkə olduqdan sonra Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda Suriya ilə bütün əlaqələrin kəsildiyini rəsmən elan edən Ukrayna Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının qondarma “müstəqilliyini” tanımaq qərarını qətiyyətlə pisləyir”,- deyə bildirib.

“Biz bu qərarı Ukraynaya qarşı qeyri-dost hərəkət, dövlətimizin suverenliyi və ərazi bütövlüyünün pozulması, Ukrayna qanunvericiliyinin, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk. Heç bir şübhə yoxdur ki, Suriya rejimi Kreml kuratorlarının göstərişi ilə Rusiyanın Donetsk və Luqanskdakı işğalçı hökumətlərinə saxta subyektivlik verməyə çalışır”,-deyə bəynatda qeyd edilib.

Suriya ilə bütün diplomatik əlaqələrin kəsildiyi bildirilən bəyanatda, “Ukrayna bu qeyri-dost addıma cavab olaraq Vyana Konvensiyasının 2-ci maddəsinə uyğun olaraq konsulluq əlaqələrini pozmadan Suriya ilə diplomatik əlaqələri kəsdiyini bəyan edir”,-deyə bildirilir.

Açıqlamada Suriyaya qarşı ticarət embarqosu ilə yanaşı, hüquqi və fiziki şəxslərə də sanksiyaların tətbiq ediləcəyi bildirilib. Xarici işlər naziri Dmitri Kulebanın Suriya ilə bağlı açıqlamalarının yer aldığı açıqlamada “bizim mövqeyimiz aydındır. Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək və bütün mümkün vasitələrlə, o cümlədən diplomatik cəbhədə milli maraqları qorumaq cəhdinə mümkün qədər sərt cavab veririk”,- deyə vurğulayıb.

Bəşər Əsədin Suriya xalqına qarşı cinayətlər törətdiyi vurğulanan açıqlamada, “Ukrayna tərəfi 2016-cı ildə Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı törətdiyi cinayətlərlə əlaqədar Ukraynanın Dəməşq səfirliyini, 2018-ci ildə isə Suriya səfirliyini bağladı. Ukrayna Suriyanın Ukraynadakı səfirliyinin bağlanmasına göstəriş vermişdi. Ukraynalıların Suriyadakı əməliyyatları Ukraynanın Livandakı səfirliyi tərəfindən həyata keçirilir”,-deyə bildirilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »