Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putin: "Qərb özünü tələyə salıb"
Vladimir Putin: "Qərb özünü tələyə salıb"

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Baş Qərargahında Rusiya məxfi kəşfiyyatının 100-cü ildönümü münasibətilə keçirilən proqrama qatılan Rusiya prezidenti Vladimir Putin qərb ölkələrini hədəf alıb. Putin SVR Baş Qərargahının qarşısındakı abidənin üzərinə həlak olmuş Rusiya kəşfiyyatçıları üçün qırmızı qərənfillər qoyub, daha sonra çıxış edib.

Bizimyol.info xəbər verir ki, Rusiya kəşfiyyat xidmətinə müraciət edən Putin dünyada vəziyyətin mürəkkəb olduğunu bildirib və deyib: “Dünyada vəziyyət mürəkkəb və çox dinamik olmaqda davam edir. Yüksək qeyri-müəyyənlik faktoru çağırışlarına cavab vermək üçün bir çox naməlum və qeyri-adi problemləri həll etməliyik. Bu vəziyyətdə Xarici Kəşfiyyat İdarəsi və digər xüsusi xidmət orqanlarımız üçün prioritet vəzifə beynəlxalq proseslərin strateji proqnozlaşdırılmasıdır. Belə təhlil real, obyektiv, etibarlı məlumatlara və ən geniş etibarlı mənbələrə əsaslanmalıdır”.

Çıxışına davam edən Putin qərb ölkələrini hədəf alaraq “kollektiv Qərb özünü tələyə salıb. Çünki onun dünyada inkişafını, təsirinin zəifləməsini təhlil edə bilmədilər. Fəaliyyətlərində qlobalizmin liberal modellərinə alternativin olmamasına əsaslanırlar. Elita üçün ABŞ tipli dünya hər kəsin hüquqlarının sadəcə olaraq pozulduğu dünyadır. Bunun ən bariz nümunəsi Yaxın Şərqdəki bir çox ölkələrin və xalqların taleyi, Ukraynada milyonlarla insanın taleyi, Qərbin bu gün geosiyasi oyunlarda birdəfəlik material kimi istifadə etdiyi taleyidir. Bununla yanaşı, Qərb ona uyğun olmayan reallığı, çoxqütblü dünya düzəninin formalaşmasını gözardı etməyə çalışır”,- deyə bildirib.

Qərbin bir çox hərəkətlərinin onlar üçün fürsətlər açdığını ifadə edən Putin “Qərbin daha da düşünülməmiş, impulsiv hərəkətləri qaçılmaz olaraq riski artırır. Amma eyni zamanda, bu, Rusiya və bütün dünyada bizim həmfikirlərimiz üçün imkanlar açır”.

Çıxışının sonunda Rusiya kəşfiyyatının əməkdaşlarına məsləhətlər verən Putin “Amerika da daxil olmaqla xaricdə, ümumiyyətlə Qərb ölkələrində, Yaxın Şərq və Afrikada Rusiya vətəndaşlarının təhlükəsizlik problemlərinə diqqətimizi zəiflətməməliyik. Bu kontekstdə qeyd etmək istərdim ki, Xarici Kəşfiyyat İdarəsi son illər öz əməliyyat, informasiya və analitik imkanlarını ciddi şəkildə gücləndirib”,- deyə o bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »