Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin açıqlaması Türkiyənin düşmənlərini qəzəbləndirib
Baydenin açıqlaması Türkiyənin düşmənlərini qəzəbləndirib

İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Liderlər Zirvəsindən sonra ABŞ prezidenti Co Baydenin Türkiyəyə F-16 satışını dəstəklədiyini açıqlaması ölkədə ictimai böhran yaradıb.

Bizimyol.info xəbər verir ki, Bayden dünən belə bir açıqlama verib: “Yadınızdadırsa, dekabrda mən F-16 təyyarələrini onlara (Türkiyə) satmalı olduğumuzu demişdim. Və biz bu reaktiv təyyarələri modernləşdirməliyik. Bunun əksi bizim marağımıza uyğun deyil. Dekabrdan bəri bu məsələyə münasibətimi dəyişməmişəm”.

Bu sözlər Vaşinqtonda sıx lobbiçilik fəaliyyəti ilə məşğul olan yunan lobbilərinin reaksiyasına səbəb olub. Yunan lobbisinin mühüm simalarından olan ABŞ senatorları Nikol Malliotakis və Qus Bilirakis Baydenin sözlərinə çox sərt yazılı açıqlama ilə cavab veriblər.

“Keçən ay Vaşinqtona gələn Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Türkiyənin hücumlarından birbaşa narahat olduğunu deməsindən sonra prezident Baydenin Türkiyəyə F-16 qırıcıları və modernizasiya dəstlərinin satışını dəstəklədiyini eşitmək şokedici oldu”,- deyə bəyanatda qeyd olunub.

Mitsotakisin keçən ay səfərinə toxunan respublikaçı siyasətçilər Yunanıstanın baş nazirinin Baydenə bəzi məsələlərlə bağlı xəbərdarlıq etdiyini də xatırladıblar. Bəyanatda senatorlar belə bir satışın əleyhinə olduqlarını və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində buna etirazlarını bildirəcəklərini də deyiblər.

Xatırladaq ki, Malliotakis Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü kimi seçilir. Bilirakis isə 2013-cü ildə yaradılmış CHIA adlı lobbinin yaradıcılarından və həmsədrlərindən biridir.

Qeyd edək ki, hazırda da Türkiyə və Yunanıstan arasında münaqişəli məsələlər var. Hətta bəzi ekspertlər yay aylarında iki ölkənin hərbi anlamda toqquşa biləcəyini də proqnoz edir.

Xarırladaq ki, Türkiyə ABŞ-dan "Patriot" hava hücumundan müdafiə sistemləri istəsə də, ABŞ satmaqdan imtina etmişdi. Belə olan halda Türkiyə Rusiyadan "S-400" HHM sistemləri almalı oldu. Ardınca ABŞ Türkiyəni NATO-ya düşmən olan ölkədən silah aldığına görə ittiham etməyə başladı və qırıcı təyyarələrin satışına da embarqo qoydu. ABŞ Türkiyədən "S-400"-lərdən imtina etməyi tələb etsə də, Türkiyə Ruisya ilə bağladığı sazişə sona qədər əməl edəcəyini bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »