Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və ABŞ arasında nüvə sazişi baş tutmayıb
İran və ABŞ arasında nüvə sazişi baş tutmayıb

Dohada keçirilən danışıqlardan sonra İranla Qərb dövlətləri arasında 2015-ci ildə imzalanan və ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ildə müqaviləni geri çəkməsi ilə müddəti başa çatan nüvə sazişinin yenidən aktivləşdirilməsi ehtimalının daha az olduğu görünür.

Bizimyol.info xəbər verir ki, Reuters-ə danışan yüksək rütbəli ABŞ rəsmisi Dohadakı danışıqlarda irəliləyiş olmadığını ifadə edərək "Dohadan sonra razılığa gəlmə ehtimalı azalıb və gündən-günə azalacaq",- deyə bildirib.

Dohada keçirilən danışıqlar zamanı Avropa İttifaqı (Aİ) ölkələri ABŞ və İran arasında əlaqə yaratmağa və 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) sazişini yenidən aktivləşdirməyə çalışıblar. İran 2015-ci il razılaşmasına əsasən, sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırıb.

Danışıqlarla bağlı təfərrüatları açıqlamayan rəsmi “Dohanı ən yaxşı halda dayanma, ən pis halda isə geri addım olaraq təyin edə bilərik. Ancaq bu nöqtədə geri saymaq bütün hədəflərdə geriyə addım atmağa çevrilir",- deyə vurğulayıb.

ABŞ-ın əvvəlki prezidenti Donald Trampın 2018-ci ildə sazişdən çıxmasından və İrana qarşı yenidən ağır sanksiyalar tətbiq etməsindən təxminən bir il sonra Tehran da məhdudiyyətləri pozmağa başlayıb.

ABŞ rəsmisi deyib: “Onların səsləndirdiyi qeyri-müəyyən tələblər, razılaşdırılmış məsələlərin yenidən açılması, JCPOA-ya aidiyyatı olmayan tələblər, faktiki danışıqlar İran və ABŞ arasında fikir ayrılıqlarını həll etmək üçün deyil. JCPOA sazişi ilə həqiqətən maraqlanıblarmı sualına cavab tapın. Bu, nə edilməli olduğunu göstərir”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »