Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və Polşa qalmaqallı açıqlamadan sonra münasibətləri aydırnalşdırıblar
Ukrayna və Polşa qalmaqallı açıqlamadan sonra münasibətləri aydırnalşdırıblar

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba və onun polşalı həmkarı Zbiqnev Rau Ukraynanın Almaniyadakı səfiri Andriy Melnikin Ukrayna Millətçilərinin Təşkilatı lideri Stepan Bandera haqqında söylədiyi fikirlərdən sonra bir araya gəliblər.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Raunun özü “Tvitter”-də məlumat verib. Rau Kulebanı “dost” adlandırıb. Bu məsələyə “cəld ictimai müdaxiləsinə” görə təşəkkür edib.

Qeyd edək ki, Polşa xarici işlər naziri Rau Andriy Melnikin sözlərini “tarixlə bağlı yalan ifadələr” adlandırıb. “Polşa və Ukrayna birlikdə həm təxribat cəhdlərinə, həm də ehtiyatlılıq və məsuliyyətsizliyə qarşı durmalıdır",- deyə o əlavə edib.

Xatrladaq ki, bir müddət əvvəl Melnik bildirmişdi ki, yüz minlərlə yəhudinin öldürülməsinə dair heç bir dəlil yoxdur, lakin belə bir rəvayət hələ də Rusiya tərəfindən təbliğ olunur və xüsusilə də Polşada dəstəklənir. Xarici İşlər Nazirliyindən bildiribilib ki, Melnikin fikri nazirliyin mövqeyini əks etdirmir. Ukrayna ilə Polşa arasında münasibətlər pik həddindədir, birliyi qorumaq lazımdır.

"Biz əminik ki, Ukrayna və Polşa arasında münasibətlər hazırda ən yüksək həddə çatıb. Ukrayna Rusiyanın təcavüzünə qarşı mübarizədə göstərdiyi misilsiz dəstəyə görə Polşaya minnətdardır. Bizi heç nə ayırmır, çünki həm Kiyevdə, həm də Varşavada təcili təhdidlər qarşısında birliyi qorumaq zərurətini tam dərk edirlər",- deyə bildirilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »