Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus ordusu sərhəddə niyə cəmləşib?..
Belarus ordusu sərhəddə niyə cəmləşib?..

“Belarus qüvvələrinin yeddi batalyonunun sərhəd yaxınlığında olması Ukrayna komandanlığını adekvat hərəkət etməyə və kəşfiyyatı gücləndirməyə sövq edir. Çünki hərbi baxımdan Belarus ordusunun Ukrayna ərazisinə hücum təhlükəsi qalır. Bununla yanaşı, Lukaşenkonun müharibədə birbaşa iştirakı hələ ki mümkün deyil”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Hərbi Televiziyaya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib. Onun sözlərinə görə, bu gün Belarus tərəfdən birbaşa hansısa təhlükə yoxdur. "Çünki qoşunların qruplaşması yaradılmayıb, bu qruplaşma üçün komanda-nəzarət sistemi yerləşdirilməyib. Bu, birbaşa döyüş əməliyyatlarına hazırlığın əsas elementidir”,- deyə o izah edib.

Buna baxmayaraq, Belarus qüvvələrinin batalyonlarının sərhəd yaxınlığında olması Ukrayna komandanlığını adekvat hərəkət etməyə, kəşfiyyatı gücləndirməyə sövq edir. Məhz buna görə, şərq cəbhəsindən resursları və vəsaitləri yayındırır.

"Bununla yanaşı, qoşunların daimi hərəkəti bizi ayaqda saxlamağa yönəlib. Ayrı-ayrı elementlər, Belarus ərazisindən mümkün hücum hərəkətlərinin taktiki epizodları hazırlanır",- deyə Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, düşmən bütün səylərini Luqansk vilayətinin işğalı yolunda son qala olan Lisiçanskı ələ keçirməyə cəmləyib.  Ötən gün axşam isə, düşmən şəhərin neftayırma zavodunun ərazisinə soxulub. Rusiya ordusu zavodun şimal-qərb və cənub-şərq hissələrini tutub.

Düşmən Kramatorsk istiqamətində aktiv əməliyyatlar keçirmir. O, Tatyanovka kəndi ərazisinə hava zərbələri endirib. Ukrayna Silahlı Qüvvələrinin aktiv əks-hücum tədbirləri Xerson istiqamətində davam edir. Ukraynalılar tədricən irəliləyir, yaşayış məntəqələrini azad edir və yeni mövqelərdə möhkəmlənirlər.

Xatırladaq ki, Rusiya sürətli qələbə variantının mümkün olmadığını anladıqdan sonra Ukraynanın Şərqini yavaş-yavaş işğal etmək yolunu tutub. Qərb ölkələrinin Ukraynaya lazımi qədər silah yardımı etməkdən yayınması Rusiya ordusunun qarşısını almağı çətinləşdirir. ABŞ silah yardımları etsə də, bu, kifayət etmir. Almaniya isə silah vəd etsə də, onu Ukraynaya göndərməyə tələsmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »