Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sanksiyalar Putinə həqiqətən də əziyyət verir"
"Sanksiyalar Putinə həqiqətən də əziyyət verir"

Rusiya prezidenti Vladimir Putin ən azı bir ildən çoxdur ki, Ukrayna ilə müharibəyə hazırlaşır. Buna görə də böyük ehtimalla tammmiqyaslı hücumlar hələ uzun müddət davam edə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “CBS News”-a verdiyi müsahibəsində Almaniya kansleri Olaf Şolz bildirib.

"Rusiya müharibəni nə zamana qədər davam etdirə bilər?", "Putinin silahları nə zaman bitəcək?" və s. bu kimi suallara cavab verərkən Şolz qeyd edib ki, əslində bunu heç kim bilmir. Amma yəqin ki, işğalçıların kifayət qədər qüvvəsi və vasitələri var.

"O, çox əhalisi olan, çoxlu pulu olan çox böyük bir ölkənin lideridir. Və o, uzun müddət müharibəyə hazırlaşıb. Mənə elə gəlir ki, müharibəyə başlamaq qərarı bir il əvvəl verilib. Yəni müharibə çox uzun müddət davam edə bilər”,- deyə Şolz bildirib.

Kansler həmçinin vurğulayıb ki, Putin bunu etiraf etməsə də, Rusiya Qərbin sanksiyalarının təsirini hiss edir. “Bu, həqiqətən də ona əziyyət verir. Putin bizim sanksiyaların onun iqtisadiyyatına dərin təsirini anlayır”,- deyə Şolz bildirib.

Şolz Rusiyanın “o qədər də inkişaf etmiş ölkə olmadığını” hesab edir və qeyd edir ki, “oxşar həyat səviyyəsinə və qlobal iqtisadiyyatın bir hissəsi olmaq şansına sahib olmaq üçün həqiqətən də dünyanın qalan bütün texnologiyalarına ehtiyacı var”,- deyə o əlavə edib.

Olaf Şolz Olaf Şolz

Xatırladaq ki, Almaniya kansleri vurğulayıb ki, NATO Ukraynaya “lazım olduğu qədər” silah verəcək. Bununla belə, Ukrayna zaman-zaman Almaniyanı qeyri-səmimilikdə ittiham edir. Belə ki, Almaniya Ukraynaya ağır silahlar vəd etsə də, onları verməyə tələsmir. Həmçinin Avropanın Rusiya qazından imtina etməsi yolunda da ən böyük maneə Almaniyadır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »