Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstandan sürpriz açıqlama: “Türkiyənin haqlı əsasları var”
Yunanıstandan sürpriz açıqlama: “Türkiyənin haqlı əsasları var”

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis İspaniyanın paytaxtı Madriddə keçirilən NATO dövlət və hökumət başçıları toplantısından sonra mətbuat konfransı keçirib. Türkiyənin NATO-dakı əhəmiyyətinə toxunan Miçotakis bildirib ki, Yunanıstan və Türkiyə arasındakı fikir ayrılıqlarının həlli üçün beynəlxalq hüquq istinad yeri ola bilər.

"Hərbi meydanda aktivlik ola bilərmi?" suala cavab verən Miçotakis “təxmin edirəm ki, meydanda heç bir aktivlik yaşamayacağıq. 2020-ci ilin yayı bir daha təkrarlanmayacaq”,- deyə bildirib.

F-35 və F-16 döyüş təyyarələrinin satışı ilə bağlı Mitsotakis bildirib ki, Türkiyənin F-16 təyyarələrinə marağı və Yunanıstanın F-35 tələbi ABŞ Konqresinin işidir: “ABŞ-dan tələb etdik, bu təyyarələr təsdiqlənsə belə, 2028-ci ildən əvvəl ala biləcəyimizi düşünmürəm”.

Bizimyol.info xəbər verir ki, Finlandiya, İsveç və Türkiyə arasında əldə olunan memoranduma toxunan Miçotakis Türkiyənin keçmişdən bu günə qədər terrorla mübarizə apardığını dilə gətirib: "Türkiyənin terror təşkilatları və onların Avropada genişlənməsi ilə bağlı narahatlığı üçün haqlı hüquqi əsasları var".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »