Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada rekord istilər 12 nəfərin canını alıb
Yaponiyada rekord istilər 12 nəfərin canını alıb

Yaponiyanın paytaxtı Tokioda termometrlər 1875-ci ildən bəri iyun ayında görülən ən yüksək göstəricini - 36,4 dərəcəni göstərib. Ölkənin müxtəlif yerlərində havanın temperaturu 39 dərəcəni keçib və ən azı 12 nəfərin isti vurması nəticəsində öldüyü bildirilir.

Bizimyol.info xəbər verir ki, Tokio temperatur rekordu qırıb. Yaponiya Meteorologiya Təşkilatının verdiyi açıqlamada 36,4 dərəcə temperaturun ölçüldüyü və bunun 1875-ci ildə sözügedən ərazidə məlumatların toplanmasına başlandıqdan sonra iyun ayında ən yüksək göstərici olduğu bildirilib.

Yaponiyanın Saitama əyalətində 39,9, Qunma əyalətində 39,7 və Şizuokada 39,4 dərəcəyə çatan istilər ən azı 12 nəfərin ölümünə səbəb olub.

Tokuşima əyalətinin Naruto şəhərində yaşayan 80 yaşlarında bir kişinin evdə ölü tapıldığı xəbər verilib. Ətraflı müayinə həmin şəxsin isti vurması nəticəsində öldüyünü aşkara çıxarıb. Evdə nə kondisioner, nə də ventilyator olmadığı bəlli olub.

İsti səbəbindən zərurət olmadıqda çölə çıxmamağa çağırışlar edilir. Mütəxəssislər çoxlu maye istehlak etməyi, kondisionerdən istifadə etməyi və yaxın təmas olmayan açıq yerlərdə maska ​​taxmamağı məsləhət görürlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »