Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Rusiya qazının əvəzinə Avropaya Ukrayna enerjisi təklif edir
Zelenski Rusiya qazının əvəzinə Avropaya Ukrayna enerjisi təklif edir

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, onun ölkəsindən Avropa İttifaqı ölkələrinə elektrik enerjisi ixracı Aİ-nin hazırda Rusiyadan aldığı təbii qazın bir hissəsini əvəz edə bilər.

“Bu gün Avropa İttifaqı ilə yaxınlaşmamızda daha bir mühüm addım atıldı, Ukrayna Aİ ərazisinə, Rumıniyaya əhəmiyyətli dərəcədə elektrik enerjisi ixrac etməyə başladı. Və bu, yalnız birinci mərhələdir, biz tədarükləri genişləndirməyə hazırlaşırıq”,- deyə Zelenski Ukrayna Prezidentinin ofisinin teleqram kanalında yayımlanan ukraynalılara axşam televiziya müraciətində bildirib.

Bizimyol.info xəbər verir ki, onun fikrincə, bu əməkdaşlıq Rusiya qazının Avropaya ixracını azalda bilər: “Ukraynanın elektrik enerjisi hesabına avropalıların istehlak etdiyi Rusiya qazının əhəmiyyətli bir hissəsi əvəz edilə bilər. Deməli, bu, təkcə bizim üçün ixrac gəlirləri məsələsi deyil, bu, Avropanın təhlükəsizlik məsələsidir”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »