Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan NATO xəbərdarlığı: “Vədlərə əməl etməsələr...”
Ərdoğandan NATO xəbərdarlığı: “Vədlərə əməl etməsələr...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO zirvəsindən sonra keçirilən mətbuat konfransında xəbərdarlıq edib ki, İsveç və Finlandiya anlaşma memorandumunda verdikləri vədlərə əməl etməsələr, bu iki ölkənin NATO üzvlüyü Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmaya bilər. Ərdoğan qeyd edib ki, öhdəliklər “dəqiqliklə yerinə yetiriləcək”.

Ərdoğan sammitin sonunda keçirdiyi mətbuat konfransında beynəlxalq medianın suallarını cavablandırıb.

Prezident İsveç və Finlandiyanın üzvlüyünə qarşı götürülməsini “Türkiyənin həssaslığının başa düşülməsi əlaməti kimi” ümumiləşdirib.

Ancaq sözünün davamında bu iki ölkənin üzvlüyünün TBMM-də təsdiqlənəcəyini xatırladıb və “Sən bu terrorçuları bizə verəcəyinə söz verirsən, qanunları dəyişdirəcəyinə söz verirsən”,- deyə xatərladıb. O, geri dönüş prosesinin həlledici olacağı ilə bağlı xəbərdarlıq edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »