Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Ştaynmayerlə Ukraynaya hərbi yardımın gücləndirilməsini müzakirə edib
Zelenski Ştaynmayerlə Ukraynaya hərbi yardımın gücləndirilməsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının tviterdə yazıb.

Tərəflər Ukrayna əsgərlərinə hərbi yardımın gücləndirilməsini müzakirə ediblər.

"Biz Ukraynaya müdafiə dəstəyinin artırılmasını müzakirə etdik. Almaniya xalqının Aİ-yə gedən yolda həmrəyliyini və təcavüzə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndiririk", - Zelenski qeyd edib.

Eyni zamanda, danışıqlar zamanı Ştaynmayerin Ukraynaya mümkün səfəri müzakirə edilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »