Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdi
Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdi

Ukrayna Xarici İşlər Nazirliyi Suriyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) müstəqilliyini tanıması səbəbindən Suriya ilə diplomatik əlaqələrin kəsildiyini elan edib. Bu barədə iyunun 30-da Ukrayna Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Suriyanın bu addımını qətiyyətlə pisləyir.

“Biz bu qərarı Ukraynaya qarşı qeyri-dost hərəkət, onun suverenliyinə və ərazi bütövlüyünə qəsd, Ukrayna qanunvericiliyinin, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk”,- deyə Ukrayna Xarici İşlər Nazirliyi bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »