Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baldızı və iki övladını pula görə öldürüb: "Məktəb direktoru işləyib, Kərbəla ziyarətinə gedib"
Baldızı və iki övladını pula görə öldürüb: "Məktəb direktoru işləyib, Kərbəla ziyarətinə gedib"

Baldızını və onun iki övladını pula görə qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin məhkəməsi başlayıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Bizimyol.info xəbər verir ki, Əhəd Əliyevin işinə Rahib Salmanovun sədrliyilə, Məhəmməd Əkbərov və Siyavuş Hacıyevdən ibarət hakimlər kollegiyası baxır. İyunun 30-da məhkəmənin hazırlıq iclası keçirilib.

1981-ci il təvəllüdlü Əhəd Əliyev Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır. Məhkəmədə suala cavab olaraq, o bildirib ki, məhkəmənin başlanması haqda bildirişi 3 gün öncə alıb. Hakim Rahib Salmanov deyib ki, bildiriş alınandan ən azı 7 gün sonra məhkəmə iclası keçirilə bilər. Ona görə də məhkəmə prosesi iyulun 14-nə təxirə salınıb.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Fəsahət Qaraxanov iştirak edib. O, qətlə yetirilən 39 yaşlı Gülnar Qaraxanovanın həyat yoldaşı, 14 yaşlı Lamiyə və 11 yaşlı Ataxan Qaraxanlıların isə atasıdır.

Fəsahət Qaraxanov yük avtomobilinin sürücüsü kimi, beynəlxalq yükdaşıma ilə məşğuldur. Bu il fevralın 20-də həyat yoldaşı və övladları qətlə yetiriləndə də o, Rusiyada olub. Əhəd Əliyev Saatlı rayonunda müəllim işləyib, 2007-2014-cü illərdə məktəb direktoru olub.

Hadisə paytaxtın Nizami rayonu ərazisində, ailənin kirayə yaşadığı mənzildə baş verib. Fəsahət Qaraxanov mediaya müsahibəsində bildirib ki, evdə 25 min manat pul olub. Onlar üstünü də düzəldib, ev almaq istəyiblər. Zərərçəkmişin sözlərinə görə, evdə pul olmasından Əhəd Əliyevin də xəbəri olub.

Fəsahət Qaraxanov onu da əlavə edib ki, bacanağının belə bir iş tutacağını ağlına gətirməzdi: “Mənə deyəndə ki, bu işi görən ailəyə yaxın adamdır, bildirdim ki, ola bilməz. Bunun elədiyinə heç inanmazdım. Direktor işləyib, Kərbəla ziyarətində olub”.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »