Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qiymətləndirmə iki dəfə keçirilib və video çəkilişlər olub"
"Qiymətləndirmə iki dəfə keçirilib və video çəkilişlər olub"

QHT Agentliyi bir neçə gün öncə, Şuşada “Şuşa ili”nə həsr edirlmiş qrant müsabiqəsinin qaliblərini elan edib. Müsabiqədə 227 iddiaçıdan 22-si qalib gəlib. Qalan 205 QHT-nin layihəsi keçməyib. Əgər yadınızdadırsa, bir neçə il əvvəl qrant müsabiqəsində qalib gələn QHT-lər müzakirə mövzusuna çevrilirdi. Bu dəfə isə, 205 QHT layihəsi müsabiqədən keçməyib. Bu isə bir daha təqdim edilən layihələrin qənaətbəxş olmadığını sübut edir.

Qalib seçilən QHT-lər arasında Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da var. QHT  rəhbəri Səkinə Babayeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müsabiqədə yer tutan layihələr qaneedicidir. Çünki layihələrin hamısı “Şuşa ili” çərçivəsində olub.

“Mən düşünmürəm ki, burada hərhansı bir insan sussun və ya hansısa maraq güdsün. Müsabiqəyə təqdim edilən 227 layihədən cəmi 22 qalib layihə var. Onlar da ölkənin həqiqətən ictimai nüfuzlu olan təşkilatlarıdır. Müsabiqə qaliblərinin seçimi çox ciddi şəkildə aparılıb. Bu seçimlərin nəticəsini biz də bilmirdik. Sadəcə, dəvət almışdıq”,- deyə Səkinə Babayeva qeyd edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilatın müraciət etdiyi sahə “Azərbaycan incilərinin Qarabağ sədası” layihəsi olub.

“Bilirsiniz ki, mənfur qonşularımız daim bizim geyimlərimizi, baş örtülərini, qadın zinət əşyalarını öz adları ilə dünyada tanıtmağa çalışır, bu brendlərin dünyada məhşurlaşması üçün canfəşanlıq göstərirdilər. Onların qarşısının alınması üçün bizim ötən il yəni “Zəfər ilində” Türkiyə, Ukrayna, Azərbaycanda bu layihələri həyata keçirmişdik. Çox böyük marağa səbəb olmuşdu. Şərflər, aksesusarlar, sonradan Azərbaycanda bir dəb halına gəldi. Düşündük ki, bunu xaricdə ilk öncə Fransada, daha sonra isə, gücümüz çatdıqca digər ölkələrdə həm yayımlayaq, həm də təbliği ilə məşğul olaq. Biz bu layihənin çox gözəl olduğunu bilirdik. Çünki hər bir geyimin üzərində həm tarixi əsərlər, tarixi yerlər, həmin yerlərə aid olan arxeoloji qazıntılar zamanı tapılmış hərhansı bir aksesuar və ya qab, əşya və s. qısaca bir təsvirini vermişdik.

Qiymətləndirmə iki dəfə keçirilib. Açıq qiymətləndirmə olub. Video çəkilişlər olub. Prezident adminisitrasiyası və ekspertlərin təsdiqindən keçib. Yüksək bal toplayan müəssislər elan edilib”,- deyən Səkinə Babayeva vurğulayıb ki, “Azərbaycanda Qadın Sahibkarlığı Asosasiyası”nın qaliblər sırasında olması çox şərəfli və qürurvericidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »