Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsveçin hakim partiyası Ərdoğana itaət göstərir"
"İsveçin hakim partiyası Ərdoğana itaət göstərir"

Ötən gün NATO Liderlər Zirvə toplantısında Türkiyə uzun və gərgin müzakirələrdən sonra Finlandiya və İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırdı.

Üç ölkə arasında memorandum imzalanarkən, keçmişdə terror təşkilatlarında fəaliyyət göstərmiş və prezident Rəcəb Tayyib Ərdoğanın ekstradisiyasını istədiyi isveçli siyasətçi Emine Kakabaveh Türkiyə ilə razılaşmaya qarşı çıxıb. Kakabaveh Türkiyənin etirazını geri götürdüyü gün üçün “qara gün” ifadələrindən istifadə edərək, İsveç mətbuatına xüsusi müsahibə verib.

Bizimyol.info xəbər verir ki, Kakabaveh İsveç baş naziri Maqdalena Andersson ilə prezident Ərdoğan arasında əldə olunan razılaşmanı “şok” adlandırıb, eyni zamanda, baş nazirin partiyasının Sosial Demokratlarını Ərdoğana “itaətdə olmaqda” ittiham edib.

Kakabaveh İsveçdə nəşr olunan "Aftonbladet"-ə deyib ki, o, həmçinin İsveç və Türkiyə arasındakı razılaşmanın hökumətin Ankaraya İsveçin xarici siyasətinə nəzarət etməyə imkan verdiyini göstərdiyinə inanır. İsveçli siyasətçi “Feminizmi dəstəkləyən çıxışlar edən iki qadının rəhbərlik etdiyi Sosial Demokrat hökumətinin bu qərarı verməsi inanılmazdır” deyərək sözlərinə davam edib.

Kakabaveh sosial demokratları ölkədə keçiriləcək növbəti seçkiləri boykot etməyə çağırıb. İsveçli deputat “mən bunu əvvəllər də demişəm, Sosial Demokratlara səs vermək Ərdoğana səs verməkdir. Mən ölkədəki hər bir kürd vətəndaşından bunu etməməyi xahiş edəcəm. Nə isə dedikdən sonra əksini edən partiyaya səs vermək lazım deyil”,- deyə bildirib.

Türkiyə mətbuatının yazdığına görə, məlum olub ki, Kakabaveh daha əvvəl terror təşkilatı PKK/YPG/PYD-yə dəstək vermək müqabilində İsveç hökumətinin süqutunun qarşısını almaq üçün səs verib.

Xatırladaq ki, Türkiyə ilə İsveç arasında əldə olunan razılaşmaya əsasən, İsveç hökuməti PKK/YPG/PYD-nin terror təşkilatı olduğunu vurğulayaraq dəstəklənməyəcəyinə söz verib. Həmçinin Türkiyəyə silah satışına qoyulan embarqo aradan qaldırılacaq. Bundan əlavə Türkiyənin tələb etdiyi şəxslər Avropa İttifaqının qaydalarına uyğun olaraq ekstradisiya ediləcəklər.

Emine Kakabaveh Emine Kakabaveh (gənc yaşlarında və indi)

Emine Kakabaveh gənc yaşlarında Türkiyədə açıq şəkildə terrorda iştirak etmiş şəxsdir. Terror əməllərinə dair kifayət qədər dəlil-sübutlar olsa da, o, İsveçdə rahatlıqla parlamentə üzv seçilə bilib və hazırda da Türkiyə əleyhinə hədələyici bəyanatlar verməyə davam edir,

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »