Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşanı fəth edən qazilər və şəhid ailə üzvləri “Bank Respublika”nın dəstəyilə Şuşada oldular
Şuşanı fəth edən qazilər və şəhid ailə üzvləri “Bank Respublika”nın dəstəyilə Şuşada oldular

Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, “YAŞAT” Fondunun Vətən müharibəsi qaziləri və şəhid ailə üzvləri üçün Şuşaya təşkil etdiyi səfərə dəstək oldu.

Səfərdə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən müharibə əlilləri və orada şəhidlik zirvəsinə ucalanların valideynləri iştirak ediblər.

Şuşanı fəth edən qazilər və şəhid ailə üzvləri “Bank Respublika”nın dəstəyilə Şuşada oldular

Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər. Belə ki, onlar Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə, Bülbülün ev-muzeyinə, Şuşa Qala divarına ekskursiya ediblər.

Şuşanı fəth edən qazilər və şəhid ailə üzvləri “Bank Respublika”nın dəstəyilə Şuşada oldular

Qeyd edək ki, müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi “Bank Respublika”nın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Bank Respublika həm də, “YAŞAT” Fondu, “Silahlı Qüvvələrə Yardım Fondu” və “Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »