Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-ya xəbərdarlıq: "Ukraynanın məğlubiyyəti fəlakət olacaq"
NATO-ya xəbərdarlıq: "Ukraynanın məğlubiyyəti fəlakət olacaq"

ABŞ Hesablama Palatasının rəhbəri Cin Dodaro Senatda departamentin 2023-cü il büdcəsi ilə bağlı çıxışı zamanı bildirib ki, Rusiya, Çin və digər ölkələrdən milli təhlükəsizliyə qarşı təhdid artmaqdadır.

"Milli təhlükəsizliyə təhdidlər, o cümlədən Rusiya, Çin, Şimali Koreya və İrandan, eləcə də digər qlobal və daxili təhdidlər artmaqda davam edir",- deyə o hesabatında bildirib.

Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr həm dünya nizamını, həm də beynəlxalq təhlükəsizliyi poza bilər. Dodaro hesabatında qeyd eidb ki, Pentaqon ən bahalı silah proqramlarına 1,79 trilyon dollardan çox sərmayə qoymağı planlaşdırır.

Qeyd edək ki, bundan öncə, Madriddə keçirilən NATO sammitində alyansın yeni strateji konsepsiyası təsdiq edilib. Bu konsepsiyada Rusiya Federasiyası hərbi blokun təhlükəsizliyinə “ən əhəmiyyətli təhdid” kimi göstərilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Set Kropsinin fikrincə, NATO sammitinin iştirakçıları Moskva ilə münaqişədə Kiyevin məğlubiyyətinin nəticələri barədə düşünməlidirlər. Çünki bu, onlar üçün “fəlakət ola bilər”.

Kropsi bildiirb ki, Rusiyanın razılığını təmin edən istənilən sülh Rusiyanın qələbəsinə bərabər olacaq. Rusiyanın qələbəsi NATO-nu parçalayacaq və zamanla məhv edəcək. Eyni zamanda ABŞ-ın Avrasiyadakı uzunmüddətli mövqeyini ciddi şəkildə zəiflədəcək.

“Putin ola bilsin ki, bu müharibəyə NATO-ya qarşı böyük ambisiyalarla girməyib. Lakin onun müharibəsi müəyyənedici siyasət fəaliyyətinə çevrildi. Qərb başa düşməlidir ki, Rusiyanın qələbəsi Avrasiya nizamını kökündən dəyişdirəcək”,- deyə Kropsi qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Boris Conson da bildirib ki, Putinin qalib gəlməsinə imkan vermək olmaz. Onun fikrincə, Putinə edilən istənilən güzəşt fəlakətə gətirib çıxara bilər, çünki Putin bunu uğur kimi başa düşəcək və təcavüzü davam etdirəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »