Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "NATO-nun genişlənməsi Rusiyanın güzgü reaksiyasına səbəb olacaq"
Putin: "NATO-nun genişlənməsi Rusiyanın güzgü reaksiyasına səbəb olacaq"

Rusiya Federasiyasının rəhbəri Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasının Rusiya üçün birbaşa təhlükə olmadığını hesab edir. Amma region ərazisində hərbi infrastrukturun genişləndirilməsi Kremldən “güzgü reaksiyasına səbəb olacaq”.

Bizimyol.info xəbər verir ki, Rusiya rəhbəri bu barədə Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunan Xəzəryanı dövlətlərin liderlərinin 6-cı sammiti başa çatdıqdan sonra danışıb.

"İsveç və Finlandiyanın NATO-ya üzv olması Rusiya Federasiyasını narahat etmir. Amma Rusiya bu ölkələrdə hərbi infrastrukturun yerləşdirilməsinə “güzgü” kimi cavab verəcək",- deyə Putin bildirib.

Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasını Ukraynanın Alyansa üzvlüyü ilə müqayisə etməyi mənasız hesab edir. O, qeyd eidb ki, Rusiya Federasiyasının “Ukrayna ilə problemləri var” və bu, “tamamilə fərqli vəziyyətdir”. Onun sözlərinə görə, Kremlin Finlandiya və İsveçlə heç bir problemi yoxdur. Onlar istəsələr, NATO-ya daxil ola bilərlər.

"Bizim üçün bunlar tamam başqa şeylərdir. Alyans bunu çox gözəl başa düşür, onlar sadəcə olaraq, ictimai rəyə təsir edə bilmək üçün belə bir tezis ortaya atırlar",- deyə Kreml lideri qeyd edib.

Ümumiyyətlə, Putin NATO-nu “soyuq müharibənin qalığı” adlandırıb. Onun sözlərinə görə, Alyansa Birləşmiş Ştatların “xarici siyasətin aləti kimi peyklərini nəzarəti altında saxlaması” lazımdır.

Xatırladaq ki, ötən gün İsveç və Finlandiya NATO-ya üzv olmağa rəsmən dəvət olunub. Bu, Stokholm və Oslodan Ankaranın terrorçu hesab etdiyi təşkilatlara dəstəyi dayandırmağı tələb edən razılaşmadan sonra mümkün olub.

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov Alyansın qərarına cavab olaraq bildirib ki, Rusiya Finlandiya və İsveçin daxil olmasına mənfi münasibət bəsləyir. O, NATO-nun genişlənməsini “sabitliyi pozan amil” adlandırıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »