Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Ərdoğana "F-16"-ların veriləcəyini vəd edib
Bayden Ərdoğana "F-16"-ların veriləcəyini vəd edib

Türkiyə mətbuatı xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində görüşü zamanı Ankaraya F-16 qırıcılarının satılması məsələsi də müzakirə edilib.

Türkiyənin NTV telekanalının Ağ Evdəki mənbələri iddia edir ki, danışıqlar zamanı Amerika lideri həmkarına sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni “F-16 Block 70” qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın dəstdən gedir. Ağ Evdən verilən rəsmi açıqlamalara görə, Bayden və Ərdoğan həqiqətən də Ankaraya F-16-ların satışı məsələsini müzakirə ediblər, lakin ABŞ prezident administrasiyası Baydenin hər hansı vəd verməsi faktını hələ təsdiq etməyib.

Eyni zamanda, Avropa mediası vəziyyəti Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırması ilə izah edirlər. Türkiyə tərəfi Stokholm və Helsinki ilə ABŞ-ın birbaşa iştirakı ilə baş verən mübahisələri həll etdikdən sonra bu addımı atıb. Bununla belə, Vaşinqton əmin edir ki, iki şimal dövlətinin NATO-ya üzvlüyünü dəstəkləmək müqabilində Türkiyəyə heç nə təklif olunmayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »