Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: “İngilis dili bacarığı azərbaycanlı gənclərə ABŞ-da iş tapmaq üçün qapı açır”
Səfir: “İngilis dili bacarığı azərbaycanlı gənclərə ABŞ-da iş tapmaq üçün qapı açır”

“İngilis dili bacarığı azərbaycanlı gənclər üçün ABŞ-da və dünyanın müxtəlif yerlərində təhsil almaq, əmək bazarında iş tapmaq üçün qapı açır”.

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib. O, ADA-da tədrisin ingilis dilində də olduğunu qeyd edərək bunun vacibliyini vurğulayıb.

Diplomat bildirib ki, gənclər ingilis dilində təhsil alaraq daha geniş platformalara çıxış əldə edir, eləcə də Azərbaycanın siyasi mühitində, iqtisadi inkişafında daha fəal iştirak edirlər.

Amerikalı diplomat Səfirliyin Azərbaycanda ingilis dilinin öyrədilməsi ilə bağlı bir sıra layihələr keçirdiyini də xatırladıb. O bildirib ki, ABŞ səfirliyi Azərbaycanda məcburi köçkün icmasından olan uşaqlara ingilis dilinin öyrədilməsi ilə bağlı layihələr həyata keçirib.

Litzenberger belə proqramların, layihələrin vacibliyini vurğulayıb. ABŞ səfiri ingilis dili təliminin təşkili üçün ADA-ya təşəkkür edib.

"Artıq ikinci ildir ki, bu təlimlər keçirilir, lakin biz sizinlə ilk dəfədir ki, görüşürük. Mən əminəm ki, bu təlim çərçivəsində baş tutacaq sessiyalar, "workshop" sizin ingilis dilinin tədrisi bacarıqlarınızı daha da zənginləşdirəcək", ABŞ səfiri qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »