Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putinin istəkləri ilə ordusunun gücü üst-üstə düşmür” – ABŞ kəşfiyyatı
“Putinin istəkləri ilə ordusunun gücü üst-üstə düşmür” – ABŞ kəşfiyyatı

ABŞ kəşfiyyatı bildirir ki, Rusiya prezidenti Vladimir Putin hələ də Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək istəyir, lakin Moskva qüvvələri çox zəifdir və yalnız yavaş-yavaş irəliləyə bilir. Qısa müddətdə Kiyev və digər şəhərləri ələ keçirmək məqsədinə nail ola bilməyən Moskva mart ayında Ukraynanın şərqindəki Donbas bölgəsinə diqqət yetirib.

Bizimyol.info xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynesin sözlərinə görə, Putin hələ də müharibənin əvvəlində qarşısına qoyduğu məqsədlərə çatmaq istəyir. Yaxın gələcəkdə bunu reallaşdırmaq çətin göründüyü üçün müharibənin uzun çəkə biləcəyi düşünülür.

ABŞ Ticarət Nazirliyinin konfransında çıxış edən Haynes Putinin bu bölgədəki qısamüddətli hərbi məqsədləri ilə ordusunun gücünün üst-üstə düşməyəcəyini, başqa sözlə, onun istəkləri ilə gücü arasında bir növ uyğunsuzluğun olduğunu düşündüklərini bildirib.

Rusiya qüvvələri son həftələrdə Severodonetsk şəhərini nəzarətə götürərək orada uğur əldə etsə də, onlar yavaş-yavaş irəliləyirlər. Putin Ukrayna qüvvələrinin güclü müqaviməti ilə üzləşib.

May ayından bəri ABŞ kəşfiyyatının müharibə ilə bağlı qiymətləndirmələrinə dair bu ilk açıq bəyanatında Haynes Rusiyanın işğalının uzun müddət çəkə biləcəyini və "vəziyyətin olduqca acınacaqlı olduğunu" vurğulayıb. O qeyd edib ki, kəşfiyyat agentliyi müharibənin necə sona çatacağına dair üç ssenari nəzərdə tutur. Ehtimal ki, müharibə Rusiyanın sıçrayış etmədən yavaş-yavaş uğur əldə etməsi şəklində davam edəcək.

Daha az gözlənilən digər ssenarilər isə Rusiyanın böyük irəliləyişi və ya Ukraynanın cüzi uğurlar əldə edərək cəbhə xəttini sabitləşdirməsidir.

Bu, Moskvanın “asimmetrik müharibə vasitələrindən”, o cümlədən kiberhücumlardan, enerji mənbələrinə nəzarət cəhdlərindən və hətta nüvə silahlarından daha çox asılı olduğunu deməyə əsas verə bilər.

Haynesin şərhləri dünən NATO liderlərinin lazım olduğu qədər Ukraynanın arxasında durmağa söz verməsindən sonra gəlib. Ehtimal etmək olar ki, ABŞ kəşfiyyatı NATO ölkələrini Ukryanaya daha çox kömək etmək üçün səfərbər etməyə çalışır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »