Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "NATO-nun güclənməsi Rusiya və Ukrayna arasında münaqişənin həllinə töhfə verəcək"
Ərdoğan: "NATO-nun güclənməsi Rusiya və Ukrayna arasında münaqişənin həllinə töhfə verəcək"

"NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində amerikalı həmkarı Cozef Baydenlə görüşündə deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə taxıl dəhlizi problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Cozef Bayden, öz növbəsində, Türkiyə Prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri arasında görüş artıq başa çatıb.

Son xəbərlər
Bütün xəbərlər »