Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada qətl törədən azərbaycanlı beynəlxalq axtarışa verilib
Avropada qətl törədən azərbaycanlı beynəlxalq axtarışa verilib

Almaniyada yaşayan Elçin Ağayev indi bütün Avropada axtarışdadır. O, keçmiş sevgilisinin birlikdə yaşadığı 39 yaşlı şəxsi qətlə yetirərək hadisə yerindən qaçıb. Polis Elçin Ağayevin qətli qısqanclıq zəminində həyata keçirdiyini ehtimal edir.

Bizimyol.info xəbər verir ki, hadisə Bilfild şəhərinin Ştemmen rayonunda baş verib. Almaniya polisinin məlumatına görə, azərbaycanlı ukraynalı keçmiş sevgilisinin birlikdə yaşadığı şəxsə gecə hücum edib. Andrey müqavimət göstərməyə imkan tapmayıb. Elçin Ağayevin bir neçə balta zərbəsi həlledici olub. Qatil bundan sonra Olqanı vanna otağında zorlayıb. 24 yaşlı qadın ifadəsində səsə dərhal oyandığını, amma qətlə mane ola bilmədiyini deyib.

Elçin Ağayev qadınla onun iki azyaşlı övladını “Passat”a mindirərək hadisə yerindən uzaqlaşıb. Amma avtomobili pis idarə etməsi onu ələ verib. Polis maşını Rinteln şəhərində dayandırmağa imkan tapsa da, qatil qaçıb gizlənməyi bacarıb. Sonradan 36 yaşlı miqrantın, ümumiyyətlə, sürücülük vəsiqəsinin olmadığı dəqiqləşib.

Almaniya mətbuatında yazılanlardan belə anlaşılır ki, Olqa müharibəyə görə vətənini tərk etmiş ukraynalılardandır. Elçinlə tanış olub, bir müddət birlikdə yaşayıblar. Amma azərbaycanlının aqressiv davranışı qadının xoşuna gəlməyib. Olqa Elçini yaşadığı yerdən qovub. Bundan sonra səhnəyə Andrey çıxıb. Elçin Ağayev keçmiş sevgilisinin həyatında yeni kişinin peyda olmasını öyrənəndə özündən çıxıb. İyunun 18-də gecə onların yaşadığı yerə gəlib. Qətli törədəndən, ardınca qadınla onun uşaqlarından yaxa qurtarandan sonra qeybə çəkilib.

Elçin Ağayev beynəlxalq axtarışa verilib. Polis bəzi bağ evlərində, mağazalarda soyğunu azərbaycanlının həyata keçirə biləcəyini düşünür. Çünki Elçin Ağayevin Şərqi Avropaya üz tutduğu məlumdur. Yolda qarşısına çıxan bağ evlərini sığınacaq kimi istifadə edib. Mazağazaları isə qidalanmaq üçün soya bilərdi.

İyunun 27-də Elçin Ağayevin yaşadığı rayonda 75 yaşlı bir qadının öldürüldüyü məlum olub. Bu cinayətlərin bir-biri ilə əlaqəsinin olması da mümkündür.

Elçin Ağayevin yerini deyən mükafatlandırılacaq. Polis qatil barədə məlumat verən şəxsə 5000 avro təqdim olunacağını açıqlayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »