Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın və Pakistanın HHQ arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Azərbaycanın və Pakistanın HHQ arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Bizimyol.info"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Marşal Z.Sidhu da öz növbəsində bildirib ki, Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsil almaları, eyni zamanda ölkəsinin HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçmələri iki dövlət arasında hərbi aviasiya sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Görüşdə Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »