Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK sədri Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək
DGK sədri Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iyulun 1-də saat 10:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (Heydər Əliyev pr. 1D) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Qobustan və Şamaxı rayonları sakinlərinin yalnız  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla qəbula yazıla bilərlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »