Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu ilki qrant müsabiqəsində maraqlı layihələr var"
"Bu ilki qrant müsabiqəsində maraqlı layihələr var"

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr edilmiş müsabiqənin nəticələrini elan edib. Qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Qeyd edək ki, bu il müsabiqə çox fərqli keçirilib və sözün əsl mənasında bu gün cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən layihələr seçilib.

“"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinə "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi ilə qoşulub. Əvvəlcə qeyd edim ki, bu istiqamətdə Azərbaycanda çox az sayda peşəkar və akademik üzvlər şəbəkəsi olan qeyri-hökumət təşkilatı var. Şuşanın hazırda ən böyük problemi də məhz tarixi-mədəni irsin beynəlxalq QHT-lər çevrəsində düzgün təqdim olunması və ictimai rəyə təsir etməsidir”.

Bu barədə Bizimyol.info xəbər portalına "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq QHT-lər YUNESKO, İKOMOS, İKKROM, İCOM, Dünya Abidələr Fondu, YOKOKU, Avropa Arxeoloqları Asossiasiyası və s. kimi təşkilatlar həlledici təşkilatlar olub. Onlar diplomat və ya siyasətçi sözlərinə deyil, akademik araşdırmalara əhəmiyyət verirlər. Bu araşdırmalar, əslində beynəlxalq arenada mədəni irs təşkilatı kimi qəbul edilən yerli qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilməlidir.

“Buna görə də, bu müsabiqədə belə boşluğun aradan qaldırılması üçün maraqlı layihələrin qalib olduğunu görürəm və bu tendensiyanı təqdir edirəm. İctimaiyyətimiz bilsin ki, bu sahədə bilinən və bilinməyən, görünən və görünməyən "cəbhə döyüşləri" gedir və bu sahədə akademik imkanları geniş olan və birləşə bilən QHT-lərin artmasına ehtiyac var” - deyə Fariz Xəlilov əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »