Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çəkilən yollardan da görmək olur ki, planlar daha böyükdür"
"Çəkilən yollardan da görmək olur ki, planlar daha böyükdür"

2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin Qarabağın yenidən qurulması ilə bağlı planları böyükdür. Və bu planları zaman keçdikcə, hamımız aydın əkildə görə bilirik. İşğaldan azad olunmuş bütün ərazilərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacağı və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacağı danlmazdır.

Qeyd edək ki, işğaldan azad edilmiş hər bir rayonumuz zəngin iqtisadi potensiala, həmçinin kənd təsərrüfatı baxımından böyük imkanlara malikdir. Bu isə, gələcəkdə Azərbaycan və azərbaycanlılar üçün böyük inkişaf deməkdir.

“Artıq uzun müddətdir ki,işğaldan azad edilmiş ərazilərdə tikinti bərpa işləri aparılır. Daha çox infrastruktur, yolların çəkilişi, kommunikasiya xətlərinin çəkilişi, Şuşa şəhərinin bərpası, “ağıllı kənd” Kəlbəcər və digər ərazilərin artıq baş planı hazırlanıb, təqdim edilib”. Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev açıqlayıb. Ekspert qeyd edir ki, işğaldan azad edilmiş ərazilərdən 28 il bundan əvvəl məcburi köçkün düşmüş vətəndaşlarımız, daha çox Bakı şəhərində və böyük şəhərlərdə məskunlaşıblar. Həmin ərazilərə baxsaq, o ərazilərin bir hissəsi dağlıq zonalar və əkin sahələri olub. 28 il ərzində isə, artıq üçüncü nəsil yetişib.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Gənc bir cütlük oradan məcburi köçkün düşmüş gəlib Bakıya, ailə qurub və övladları olub, övladları böyüyüb və onlar da ailə qurub, hətta onların da övladı olub. Yəni ikinci və üçüncü nəsil, Qarabağı görməyən Qarabağlılar var ki, onlar həmin ərazilərə qayıdanda onları sırf kənd təyinatlı ərazilərdə yerləşdirmək, onların orada yaşaması çox çətin olacaq. Çünki, onlar şəhər mühitində doğulub böyümüş insanlardır. Bu baxımdan həmin ərazilərdə qurulan kənd və qəsəbələr, şəhərlər birbaşa hamısı son model və şəhər tipli olacaq. Çünki böyük şəhərlərdən gedən insanların həmin ərazilərdə rahat yaşaması üçün şərait qurulmalıdır” - deyə ekspert bildirib. Onun sözlərinə görə, “Ağıllı kənd” artıq qurulub. İşğaldan azad edilmiş ərazilər tam tikilib, bərpa olunduqdan və insanlar ora köçdükdən sonra həmin ərazilər Azərbaycana çox böyük gəlirlər gətirəcək.

“Sırf turizm nöqteyi nəzərindən baxsaq bu gün, bütün Türk dünyası üçün, bütün müsəlman aləmi üçün həmin ərazilər çox maraqlı və çox müqəddəsdir. Həmin ərazilərdə turizm sektorunu inkişaf etdirmək, o ərazilərdə yaşayan insanlar üçün də yeni iş yerləri ola bilər. Artıq “İstisu” sanatoriyasının təməli qoyuldu. “İstisu” sanatoriyasına biz nəzər salsaq, bu tip sanatoriyalar Azərbaycanda azdır. İnsanlar bu tip sanatoriyalar üçün Rusiyaya,Ukrayaya müalicə almaq üçün, istirahət etmək üçün gedirdi. Azərbaycanda, həmin ərazilərdə belə istirahət mərkəzləri tikilsə, təbii ki, öz vətəndaşlarımız yerli turistlərə çevrilib, xarici ölkələrdə xərcləyəcəyi pulları, öz ölkəmizdə xərcləyəcəklər. Bu da təbii ki, həm turizmin, həm iqtisadiyyatın inkişafına səbəb olacaq” - deyə Elnur Fərzəliyev qeyd edib. Onun sözlərinə görə, bu gün həmin azad olunmuş ərazilərdə 140 adlı təbii sərvət var. Yəni yeraltı mədənlər və yerüstü sərvətlər var ki, həmin mədənlərin də istifadəsinə başlansa, bunun özü də böyük gəlir gətirəcək. Həm də yerli, orada yaşayan insanlar üçün iş yeri olacaq.

“Tikilmiş aeroportlardan da bəlli olur ki, işağldan azad edilmiş ərazilərlə bağlı böyük planlar var. Həmin ərazilər daha sürətlə inkişaf edəcək. Çünki orada salınan kənd və qəsəbələrin baş planı hazırlanır. Hər şey standartlara uyğun olacaq. Çəkilən yollardan da onu aydın görmək olur ki, planlar daha böyükdür. Həmin ərazilərdə artıq növbəti mərhələdə daha çox xarici şirkətlər işləyəcək. Xarici standartlara uyğun tikinti işləri aparılacaq. Düşünürəm ki, “Böyük Qayıdış” planı təxmini 50 faiz baş tutduqdan sonra, artıq inkişaf sürətlənəcək” - deyə ekspert əlavə edib.

Mütəxəssisin fikrincə, bu gün paytaxt Bakı şəhərinə bölgələrimizdən iş üçün gələn yüzminlərlə insanlar var. Həmin ərazilərdə işlər tam sürətlə başlayandan sonra, iş üçün artıq paytaxtdan həmin ərazilərə yollanacaqlar.

Ekspert hesab edir ki, “Böyük Qayıdış” planı Azərbaycanın inkişaf etməsinə və Bakı şəhərinin sıxlıqdan azad olmasına gətirib çıxaracaq.

“Gözləntilər böyükdür. Hər şey zamana bağlıdır. Əsas bəzi siyasi məsələlər öz həllini tapdıqdan sonra bu proses daha da sürətlə davam edəcək” - deyə Elnur Fərzəliyev əlavə edib.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Son xəbərlər
Bütün xəbərlər »