Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Rusiyaya qarşı hərbi gücünü artırmağa qərar verəcək
NATO Rusiyaya qarşı hərbi gücünü artırmağa qərar verəcək

Madriddə iki gün davam edəcək NATO-nun 36-cı sammiti başlayıb. Sammit Alyansın strateji konsepsiyasını dəyişdirmək üçün qəbul edilən qərarlara görə tarixi xarakter daşıyacağını vəd edir.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, sammitdə NATO-nun genişlənməsi də daxil olmaqla, növbəti 10 il üçün NATO-nun yeni strateji konsepsiyasının qəbul edilməsi nəzərdə tutulur.

Rusiyanın Ukraynaya qarşı müharibəsi sammitin ikinci əsas mövzusu olacaq. Ehtimal edilir ki, ittifaq “soyuq müharibədən bəri müdafiə sistemində ən böyük yenidənqurmaya”, o cümlədən hazır vəziyyətdə olan 40 000 əsgərin əhəmiyyətli dərəcədə artırılmaısna razılaşacaq.

"Biz Alyansın şərqindəki döyüş qruplarını briqadalar səviyyəsinə qaldıracağıq. NATO-nun qüvvələrini transformasiya edəcəyik və çevik reaksiya qüvvələrimizin sayını 300 min nəfərdən çox artıracağıq",- NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

İşğal zamanı mühafizənin effektivliyi üçün NATO vaxtından əvvəl şərq cinahına daha çox texnika, silah və sursat gətirəcək. Belə ki, əsasən hava hücumundan müdafiə baxımından, həmçinin komanda məntəqələri və qoşunların koordinasiyasını gücləndirəcək.

Madriddə müttəfiqlər yeni təhlükəsizlik konsepsiyasını qəbul edəcəklər, burada Rusiya NATO üçün “əhəmiyyətli təhlükəsizlik təhdidlərindən biri” hesab ediləcək. Sammit ərəfəsində Alyansın baş katibi prezident Vladimir Zelenskiyə zəng edərək, ona Rusiyanın Ukraynaya təcavüzünə qarşı dəstək olacaqlarını bildiirb.

"O, Rusiyanın terror hücumlarının qarşısını almaq üçün Ukrayna üçün güclü raketdən müdafiə sisteminin vacibliyini qeyd edib",- deyə Zelenski Stoltenberqlə söhbətindən sonra açıqlama verib.

Müdafiə naziri Aleksey Reznikov isə bildirib ki, Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarının artmasına cavab olaraq Qərb sanksiyaları sərtləşdirməli və Ukraynada effektiv raketdən müdafiə sistemləri yerləşdirilməlidir. O, hesab edir ki, bu addımlar NATO-nun yeni strategiyasına daxil edilməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »