Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiyanın sərvətlərini müsadirə etmək üçün saziş hazırlayır
Ukrayna Rusiyanın sərvətlərini müsadirə etmək üçün saziş hazırlayır

Ukrayna beynəlxalq tərəfdaşlarına Rusiya aktivlərinin müsadirə edilməsinə dair saziş bağlamaq və bu məqsədlə xüsusi fond yaratmağı təklif edəcək.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə baş nazir Denis Şmiqal hökümətin iclasında danışıb.

Onun sözlərinə görə, çətin ki, Rusiya təzminat ödəsin. Buna görə də, Ukraynanın Rsiya aktivlərini və əmlakını müsadirə etməkdən başqa yolu yoxdur.

"Ukrayna Rusiyanın qızıl-valyuta ehtiyatlarından onun işğalı nəticəsində zərər çəkmiş şəxslərə təzminat ödəmək üçün istifadəsinə icazə verən beynəlxalq müqavilə bağlamağı təklif edir. Bizim tərəfdaş ölkələr bunu imzalaya və Rusiyanın aktivlərinin müsadirə edilməsi proseduruna başlaya biləcəklər. Biz həmçinin təklif edirik ki, Rusiyadan təxminən 300 milyard dollar alacaq fond yaradılsın. Sonradan bu fonddan təzminat ödəniləcək və qələbədən sonra dövlətimiz bərpa olunacaq”,- deyə Şmiqal bildirib.

Onun sözlərinə görə, sonradan beynəlxalq arbitrajlarda heç bir sual qalmaması üçün Ukrayna müsadirəni prosedur cəhətdən düzgün edəcək. Bu işə Ukraynanın və dünyanın ən yaxşı hüquqşünasları cəlb ediləcək.

Rusiya Federasiyası Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya sanksiyalara görə valyuta ehtiyatlarının təxminən yarısına - 640 milyard dollardan 300 milyard dollarına çıxışı itirib. Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, Rusiya ehtiyatlarının dondurulması ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır.

Ukrayna İqtisadiyyat Nazirliyi və Prezident Aparatı isə, bəyan edib ki, hökumət digər ölkələrlə birlikdə Rusiya Federasiyası Mərkəzi Bankının həbs edilmiş qızıl-valyuta ehtiyatlarının Ukraynaya köçürülməsi yollarını axtarır. Bu aktivlərdən müharibədən sonra yenidənqurma üçün təzminat kimi istifadə etmək nəzərdə tutulur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »