Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın dəqiq silahları qalmadığına görə, dinc əhali daha çox ölür
Rusiyanın dəqiq silahları qalmadığına görə, dinc əhali daha çox ölür

Ukraynada Donbasdakı Rusiya qüvvələri Lisiçanskın cənubuna doğru irəliləyib. Bununla yanaşı, Rusiyanın dinc əhaliyə qarşı raket terrorunu davam etdirəcəyi proqnozlaşdırılır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu məlumatları Böyük Britaniyanın hərbi kəşfiyyatı yayıb. Kəşfiyyat məlumatları Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən sosial şəbəkədə yayımlanıb.

Qeyd edilir ki, Rusiya qüvvələri Lisiçansk şəhərini mühasirəyə almağa çalışır. 25 iyun 2022-ci il tarixindən etibarən işğalçılar şəhərin cənubundakı Lisiçansk neft emalı zavodunun ərazisində daha 2 km irəliləyiblər.

Bununla yanaşı, Britaniya kəşfiyyatı Kremençuk ticarət mərkəzinə raket hücumunda əsas məqsədin ən yaxın infrastrukturu vurmaq olduğunu qeyd edib.

Xatırladaq ki, Rusiyanın uzaqmənzilli zərbələrindəki qeyri-dəqiqliyi əvvəllər 9 aprel 2022-ci il tarixində Kramatorsk dəmiryol vağzalında mülki əhalinin kütləvi tələfatı ilə nəticələnmişdi.

Rusiyanın daha müasir dəqiqliklə idarə olunan silahlarının olmaması və peşəkar planlayıcıların çatışmazlığı mülki əhalinin daha çox həlak olması ilə nəticələnə bilər.

Yeri gəlmişkən, qeyd edək ki, son həftəsonu Rusiya Ukrayna şəhərlərinə 60-dan 80-ə qədər uzaqmənzilli raketlər atıb. Onların ümumi dəyəri təxminən 200 milyon dollar məbləğində hesablanıb.

İyunun 27-də isə Rusiya ordusu Kremençuka raket zərbələri endiriblər. Xüsusilə, Kremençukdakı istilik-elektrik stansiyası və “Amstor” ticarət və əyləncə mərkəzi düşmən təyyarələri tərəfindən hücuma məruz qalıb, raket zərbəsi zamanı burada minə yaxın ziyarətçi olub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, “Rusiya işğalçıları Tu-22 M3 bombardmançılarından atılan X-22 raketləri ilə Kremençuk şəhərindəki ticarət mərkəzini vurub”.

Rusiya təyyarələri Şaykovka aerodromundan havaya qalxıb, buraxılışlar isə Kursk vilayətindən edilib. 52-ci Qvardiya Aviasiya Alayının pilotları Kremençukdakı ticarət mərkəzinə raket atıblar.

ABŞ prezidenti Co Bayden Rusiya hərbçilərinin Kremençuk şəhərinin mülki əhalisinə raket hücumunu pisləyib və bunu “qəddarlıq” adlandırıb. O, Rusiyanın öz hərəkətlərinə görə məsuliyyət daşıyacağını vurğulayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »