Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyaya təzyiq göstərmək getdikcə çətinləşir"
"Rusiyaya təzyiq göstərmək getdikcə çətinləşir"

Rusiya sürətlə təcrid vəziyyətinə düşür və öz ətrafında beynəlxalq hüququn pozulması ilə yadda qalan yaramaz dövlətlərdən “müttəfiqlər” dairəsi yaratmağa çalışır.

Bizimyol.info bu mövzuda Ukraynanın “Obozrevatel” nəşrində yer alan təhlil materialından çıxarışları təqdim edir:

“Bir zamanlar Sankt-Peterburqda keçirilən beynəlxalq forumda Taliban nümayəndə heyəti şərəflə qarşılanmışdı və Rusiyanın xarici işlər naziri Sergey Lavrov inkişaf etmiş ölkələrin diplomatları ilə təmas qurmaq yerinə tez-tez İrana səfərlər edirdi.

Ukraynalılar Rusiya ilə genişmiqyaslı müharibədə canlarını verdiyi halda, artıq dünyada iqtisadi müharibə başlayıb.

Bir tərəfdə böyük iqtisadiyyatlar – Avropa İttifaqı, ABŞ, Yaponiya və başqaları, digər tərəfdə isə bütün gücü ilə böyük “qardaşı” Çinlə birləşməyə çalışan Rusiya var. Düzdür, “Səmavi İmperiya” Rusiyanın taleyini təkrarlamağa tələsmir və Rusiya özünü “təcrid olunmuş” statusunda təsdiqləyir.

Çox maraqlıdır, Aİ, ABŞ və onların müttəfiqlərinin Rusiya Federasiyasına təzyiqləri davam etdirmək üçün “silahları” qalıbmı, yoxsa altıncı sanksiyalar paketi ilə birlikdə “arsenal” artıq bitib.

Aİ və ABŞ bütün sanksiya potensialını tükəndiribmi? Yox. Gələcək iqtisadi zərbələr üçün imkanlar var.

Qeyd edək ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə (yeddi mindən çox) dünya lideridir. O, həm İranı, həm də Şimali Koreyanı qabaqlayıb. Son vaxtlara qədər istənilən ölkənin iqtisadiyyatı üçün fəlakətli görünən məhdudiyyətlər - SWIFT-dən ayrılma, qızıl-valyuta ehtiyatlarının dondurulması, texniki defolt artıq baş verib.

İqtisadiyyatın uzun “əyləc yolu” var, tez dayanması mümkün deyil.  Ehtiyatlar aylarla hesablanır, texnologiyaya giriş itkisi yalnız illər sonra təsir edəcək. Bununla yanaşı, Rusiya Federasiyası neft və qaz satışından gündə bir milyard dollara yaxın gəlir əldə edir.

İlk dörd sanksiya paketi Rusiya Federasiyasının tammiqyaslı işğala başladıqdan sonra ilk həftələrdə qəbul edilmişdi. Bu sanksiyalar əvvəlcədən hazırlanmışdı.  Çünki Aİ və ABŞ Rusiyanın genişmiqyaslı müharibəyə başlamaq niyyəti barədə məlumatlı idi. Beşinci sanksiyalar paketinin hazırlanması və qəbulu bir neçə həftə çəkdi. Altıncı paket isə, uzun müddət müzakirə edildi.

Hər yeni məhdudiyyətlə isə Rusiyaya təzyiq göstərmək getdikcə çətinləşir. Bunun isə bir neçə səbəbi var. Çünki Rusiya bütün dünyada öz lobbiçilərini - siyasətçiləri, ictimai rəy liderlərini aktivləşdirib. Eyni zamanda Rusiya enerji böhranı yaradır. Qaz tədarükünü azaldır və Aİ-də inflyasiya yaradır. Rusiya həmçinin Ukrayna ərzaq tədarükünü əngəlləyib və bu, qlobal ərzaq böhranına səbəb olub”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »