Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, Ərdoğanın usta oyunu idi - əlini ən yüksək səviyyəyə qaldırdı"
"Bu, Ərdoğanın usta oyunu idi - əlini ən yüksək səviyyəyə qaldırdı"

ABŞ-ın “Atlantic Council” analitik mərkəzi Türkiyənin Finlandiyadan çıxması və İsveçin NATO-ya üzvlüklə bağlı etirazlarına dair təhlil dərc edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan ötən ayın sonunda verdiyi açıqlamada “Tayyib Ərdoğan Türkiyə Respublikasının başçısı olduğu müddətdə terroru dəstəkləyən ölkələrin NATO-ya daxil olmasına qətiliklə “hə” deməyəcəyik”,- deyə bildirib. Onun katibi Yens Stoltenberqlə görüşdən sonra “memorandum” imzalanıb.

“Atlantic Council” ekspertləri "Türkiyə NATO-ya əl qaldırmaqla nə qazandı?" sərlövhəli təhlildə “NATO-nun açıq qapı siyasətinə işarə edilərək "qapı yenidən açıldı, Alyansın Madriddə sammiti başlayan kimi həftələrlə davam edən gərginlikdən sonra Türkiyə nəhayət, Finlandiya və İsveçin NATO-ya üzv olmasına etirazından əl çəkdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə üzbəüz görüşəcək”,- deyə qeyd edilib.

Fikirləri təhlilə daxil edilən müdafiə eksperti Kris Skaluba Ərdoğanın Baydenlə təkbətək görüşünü “ABŞ administrasiyasının avtokratik liderlərlə görüşməmək mövqeyini” nəzərə alaraq Ağ Evin “böyük güzəşti” kimi şərh edib. Baydenin yaxın vaxtlarda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da görüşəcəyini qeyd edən Skaluba bu addımların Ağ Evin "praktik prosesləri xalis prinsiplərdən üstün tutduğunu" göstərdiyini bildirib.

“Atlantic Council” Türkiyə üzrə ekspertlərindən Rich Outzen Ankaranın terrorla bağlı narahatlığını NATO-nun gündəminə gətirməyin onun üçün uğurlu olduğunu bildirib. Türkiyənin əsas məqsədinin ABŞ-dan F-16 almaq olduğu iddiasına toxunan Outzen bunun Ərdoğanın əsas məqsədi olmadığını və PKK ilə bağlı təhlükəsizlik narahatlığının səmimi olduğunu şərh edib.

“Atlantic Council”-in sədri Fred Kempe baş verənləri “Ərdoğanın usta oyunu” kimi qiymətləndirərək “Ərdoğan təhlükəsizlik və daxili siyasət maraqları üçün mümkün qədər çox şey əldə etmək üçün bu prosesdə əlini ən yüksək səviyyəyə qaldırdı” şərhini verib.

Xatırladaq ki, dördtərəfli görüşlə bağlı sosial media hesabından verdiyi açıqlamada ABŞ prezidenti Bayden “Türkiyə, İsveç və Finlandiyanı əldə olunan memorandum üçün təbrik edirəm. Bu, Finlandiya və İsveçin NATO-ya dəvəti istiqamətində atılmış kritik addımdır ki, bu da NATO-nu gücləndirəcək və ümumi təhlükəsizliyimizi dəstəkləyəcək və sammitə əla başlanğıcdır”,- deyə bildirib.

Qeyd edək ki, Ərdoğan bu gün NATO Sammitinin keçirildiyi Madriddə Baydenlə görüşəcək.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »