Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya rəsmən "müflis ölkə" elan edildi - Kreml reaksiya verdi
Rusiya rəsmən "müflis ölkə" elan edildi - Kreml reaksiya verdi

Kredit reytinq agentliyi “Moody's” Moskvanın etirazlarına baxmayaraq, istiqraz sahiblərinin 100 milyon dollar faiz ödənişini ala bilmədiyi üçün Rusiyanın xarici borcunun defolta düşdüyünü açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu səbəbdən də “Moody's” tərəfindən edilən qiymətləndirmədə Rusiyanın "müflis ölkə" olaraq təyin olunduğu bildirilib.

“Moody's” bildirib ki, qaçırılmış kupon ödənişi qrafiki defolt təşkil edir. “Əngəllər üzündən bazar günü son istiqraz ödənişlərini həyata keçirə bilməyən Rusiya 1918-ci ildən bəri ilk dəfə defolt vəziyyətinə düşüb”.

"Moody's" analitikləri Rusiyanın daha çox xarici borcunu defolt edə biləcəyini ifadə edərək "gələcək kupon ödənişlərində daha çox defoltların olacağı ehtimalı var",- deyə əlavə ediblər.

Digər tərəfdən, Kreml iddiaları təkzib etməyə davam edib. Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı jurnalistlərə verdiyi açıqlamada "vəsaitlərin alanlara köçürülməməsi bizim problemimiz deyil" deyərək vəziyyətə reaksiya verib.

Agentliyin açıqlamasından sonra "Moody's"-in qərarı ilə bağlı danışan Peskov kredit reytinq agentliklərinin Rusiyadan çəkildiyini xatırladıb və "bu, Moody's-in reytinq prosesini yenidən başlatdığı anlamına gəlirmi? Qurum özü izahat verməlidir”,- deyə bildirib.

Ekspertlər belə hesab edirlər ki, Rusiyanın defolt elan edildikdən sonra yenidən beynəlxalq borc almağa başlaması illər çəkə bilər. Bundan əlavə, defolt olan ölkənin beynəlxalq aləmdə maliyyə sahəsindən kənarda qalması baxımından ciddi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, ölkənin avrobondları martın əvvəlindən problemli səviyyədə ticarət olunur. Bundan əlavə, Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları dondurulub və ən böyük banklar qlobal maliyyə sistemindən ayrılıb.

Əslində Rusiyanın vəsait çatışmazlığı kimi bir peoblemi yoxdur. Hazırda Rusiyanın valyutası kifayət qədərdir, amma tətbiq edilən sanbksiyalar üzündən Rusiya öz vəsaitlərini xərcləyə bilmir. ABŞ Rusiyanın maliyyə əməliyyatları üçün öz maliyyı sistemini qapatdığına görə Rusiya xarici borclarının ödənilməsini texniki olaraq həyata keçirə bilmir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »