Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbin Moskva qarşısında cəsarətsizliyi vəziyyəti gərginləşdirir"
"Qərbin Moskva qarşısında cəsarətsizliyi vəziyyəti gərginləşdirir"

Kral Beynəlxalq Münasibətlər İnstitutunun Rusiya və Avrasiya proqramı üzrə baş məsləhətçisi Keir Giles bildirib ki, Rusiya Ukraynada güc balansını saxlayır. Xüsusi əməliyyat Moskvanın planına uyğun davam etdiyi üçün bitməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Giles “The Guardian” nəşrində dərc edilmiş köşə yazısında qeyd edib.

Gilesin fikrincə, Rusiya Ukraynadan daha yaxşı vəziyyətdədir və Qərbin Moskva qarşısındakı “cəsarətsizliyi” vəziyyəti daha da gərginləşdirir.

"Moskva geri çəkilməyəcək. Bu da öz növbəsində uzunmüddətli perspektivdə hər şeyin Rusiyanın planı ilə “sağlam və ya yanlış” getdiyi inancına əsaslana bilər. Rusiya uğur qazanır. O Ukraynanın şərqinə doğru yavaş-yavaş irəliləyir. Qarşısna çıxan hər şeyi məhv edir və Qərbdə münaqişənin tezliklə bitməyəcəyi barədə fikir formalaşdırır”,- deyə Giles qeyd edib.

Onun sözlərinə görə, Rusiya Qərbi Kiyevə silah tədarük etməkdən uzaq saxlamağa çalışır.

Avropa İttifaqı isə mümkün cavab tədbirləri, o cümlədən “nüvə təhlükələri” səbəbindən Moskva ilə birbaşa münaqişəyə girmək riskinə getmir.

Xatırladaq ki, Prezident Zelenski G7-yə müharibənin qışa qədər bitməsini istədiyini deyib. Bu müddət üçün yaxşı bir səbəb var. Avropa hələ də Rusiya enerjisindən imtina etmək fikrindən uzaqdır. Yanacağın qiymətinin daha da yüksək olduğu ağrılı qış avropalılar üçün bu münaqişədə Ukraynanı dəstəklədiklərinə görə, baha başa gələcək.

Gilesin fikrincə, hərbi baxımdan da Rusiya Ukraynanın dözümlülüyünü və Qərbin səbrini sınaya bilər.

“Səlahiyyətlilər deyir ki, Rusiyanın təlim keçmiş hərbi işçi qüvvəsi tükənir”,- deyə o qeyd edir.

Xatırladaq ki, Rusiyadan enerji asılılığı üzündən Avropa Ukraynaya qətiyyətli şəkildə dəstək verə bilmir. Xüsusən də Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya gözləntiləri doğrultmayıb. Rəsmi Berlin Ukraynaya ağır silahlar vəd etsə də, onların göndərilməsini hər dəfə təxirə salır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »